
OXU.AZ
11.6K subscribers
Similar Channels
Swipe to see more
Posts

🗣 Azərbaycandan göndərilmiş 20 tondan çox kartof Rusiyaya buraxılmayıb 🔗 https://oxu.az/1187488

Azərbaycan cüdoçusu Zelim Tçkayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb. 81 kq çəki dərəcəsində rəqib cənubi koreyalı ikiqat olimpiya və dünya mükafatçısı Junhvan Li olub. Rəqibinə qalib gələn Tçkayev yarımfinala yüksəlib.


ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına İrana səfər etməməyi və orada olanlara dərhal İslam Respublikasını tərk etməyi tövsiyə edib. Bu barədə Dövlət Departamentinin “X”də yaydığı məlumatda qeyd olunub. “ABŞ vətəndaşları hər hansısa səbəbdən İrana səfər etməməli və oradan olanlar ölkəni dərhal tərk etməlidirlər. İranı tərk edə bilməyən ABŞ vətəndaşları uzun müddət sığınacaqda qalmağa hazır olmalıdırlar”, - Dövlət Departamentindən bildirilib.


İsrail İranın dövlət televiziya binasına raket zərbəsi endirdi

🔥 SOCAR "SportFest" tədbirində tərəfdaş qismində iştirak edir https://oxu.az/1187458 🔗

İsrailin Baş naziri Benyamin Netanyahu Xameneiyə sui-qəsdi istisna etmir. Bu barədə o, ABC telekanalına müsahibəsində deyib. Netanyahu qeyd edib ki, bu addım münaqişəni gücləndirməyəcək, əksinə onu sakitləşdirəcək, çünki əsas səbəb Ayətullah rejimidir.


Magistral kəmərdə QƏZA: Bakı və Abşeronun hansı ərazilərində su fasilələrlə verilir? - SİYAHI 🔗 https://oxu.az/1187148

"İranın hava məkanının bağlanması ilə əlaqədar Rusiya vətəndaşları İrandan quru yolu ilə Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana keçə bilərlər". Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bildirilir ki, Azərbaycanda qüvvədə olan karantin rejimi ilə əlaqədar İranla sərhədin bağlı olması ilə əlaqədar Rusiya vətəndaşları Azərbaycana keçmək üçün əvvəlcədən Rusiyanın Bakıdakı səfirliyi ilə əlaqə saxlamalı, birdəfəlik keçid icazəsi almalıdırlar.


‼️ Pakistanın Bəlucistan vilayətinin hakimiyyət orqanları İranla bütün sərhəd keçid məntəqələrini bağlayıblar. Sərhəd keçid məntəqələrinin qeyri-müəyyən müddətə bağlandığı bildirilir. Keçidlərin bağlanmasına səbəb kimi İsrailin raket zərbələrinə görə İranda gərginliyin artması göstərilir.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkian və Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb. İran prezidenti ilə danışıqlarda Türkiyə lideri bildirib ki, Ankara Təl-Əvivlə Tehran arasında baş vermiş münaqişənin tezliklə dayandırılması və İranın nüvə proqramı üzrə danışıqlara qayıdışı üçün vasitəçilik etməyə hazırdır.
