
İslam Quran Sünnə
42 subscribers
About İslam Quran Sünnə
Daha çox xeyirə vəsilə ola bilmək üçün paylaşaraq dəstək olmanızı xahiş edirik. DİGƏR KANALLARIMIZ⚡ http://T.me/Sual_Cavab99 T.me/TecvidEhkamlari90 T.me/YardimlasmaIslamQuranSunne Sosial şəbəkələrdə də bizi izləyə bilərsiniz www.facebook.com/IslamQuranSunne/ https://chat.whatsapp.com/BVy47UqxGEF7YOx6Ci1pqK
Similar Channels
Swipe to see more
Posts

(تَبَارَكَ الَّذِي نَزَّلَ الْفُرْقَانَ عَلَىٰ عَبْدِهِ لِيَكُونَ لِلْعَالَمِينَ نَذِيرًا) Aləmləri xəbərdar etsin deyə Öz quluna (Muhəmmədə) Furqanı (haqqı batildən ayıran Quranı) nazil edən Allah necə də xeyirxahdır! [سورة الفرقان 1] əl-Furqan 1. https://whatsapp.com/channel/0029VaG3P4J1iUxWrfGogm3L

🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) minbərə qalxıb: “Amin, amin, amin”– dedi. (Səhabələr) soruşdular: “Ey Allahın Rəsulu! Nə üçün belə etdin?” Peyğəmbər dedi: “Cəbrayıl (aleyhissələm) mənə dedi: “Valideynlərinin hər ikisi, yaxud biri qocalanadək onlarla yaşayıb, sonra da (üzlərinə ağ olub bu səbəbdən də) Cənnətə daxil olmayan bəndə zəlil olsun!” Mən: “Amin!”– dedim. Sonra dedi: “Ramazana yetişib günahları bağışlanmamış (halda ondan ayrılan) bəndə zəlil olsun!” Mən: “Amin!”– dedim. Sonra dedi: “Yanında xatırlandığın zaman sənə salavat gətirməyən bəndə zəlil olsun!” Mən də: “Amin!”– dedim.” 📚Buxari, ədəbul mufrad 646. Albani həsən səhih demişdir. https://whatsapp.com/channel/0029VaG3P4J1iUxWrfGogm3L

(وَمَا كَانَ اللَّهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ) Bağışlanmalarını (istiğfar) dilədikləri müddətcə Allah onlara əzab verən deyildir. [سورة اﻷنفال 33] əl-Ənfal 33. https://whatsapp.com/channel/0029VaG3P4J1iUxWrfGogm3L

(الَّذِينَ يُنْفِقُونَ فِي السَّرَّاءِ وَالضَّرَّاءِ وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ ۗ وَاللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ) O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. [سورة آل عمران 134] Ali İmran 134. https://whatsapp.com/channel/0029VaG3P4J1iUxWrfGogm3L

(قُلْ لِعِبَادِيَ الَّذِينَ آمَنُوا يُقِيمُوا الصَّلَاةَ وَيُنْفِقُوا مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلَانِيَةً مِنْ قَبْلِ أَنْ يَأْتِيَ يَوْمٌ لَا بَيْعٌ فِيهِ وَلَا خِلَالٌ) İman gətirən qullarıma de ki, namaz qılsınlar, alış-verişin və dostluğun olmayacağı bir günün gəlməsindən əvvəl onlara verdiyimiz ruzidən Allah yolunda gizli və aşkar xərcləsinlər. [سورة إبراهيم 31] İbrahim 31. https://whatsapp.com/channel/0029VaG3P4J1iUxWrfGogm3L

(أَمْ حَسِبْتُمْ أَنْ تَدْخُلُوا الْجَنَّةَ وَلَمَّا يَأْتِكُمْ مَثَلُ الَّذِينَ خَلَوْا مِنْ قَبْلِكُمْ ۖ مَسَّتْهُمُ الْبَأْسَاءُ وَالضَّرَّاءُ وَزُلْزِلُوا حَتَّىٰ يَقُولَ الرَّسُولُ وَالَّذِينَ آمَنُوا مَعَهُ مَتَىٰ نَصْرُ اللَّهِ ۗ أَلَا إِنَّ نَصْرَ اللَّهِ قَرِيبٌ) Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə kasıblıq və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt gələcək?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır. [سورة البقرة 214] əl-Bəqərə 214. https://whatsapp.com/channel/0029VaG3P4J1iUxWrfGogm3L

(وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَئِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ ۖ وَلَئِنْ كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ) O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə olan nemətimi artıraram, yox əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım həqiqətən şiddətlidir”. [سورة إبراهيم 7] İbrahim 7. https://whatsapp.com/channel/0029VaG3P4J1iUxWrfGogm3L

(مُنِيبِينَ إِلَيْهِ وَاتَّقُوهُ وَأَقِيمُوا الصَّلَاةَ وَلَا تَكُونُوا مِنَ الْمُشْرِكِينَ) Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və müşriklərdən olmayın! [سورة الروم 31] ər-Rum 31. https://whatsapp.com/channel/0029VaG3P4J1iUxWrfGogm3L

(يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَذَرُوا مَا بَقِيَ مِنَ الرِّبَا إِنْ كُنْتُمْ مُؤْمِنِينَ) (فَإِنْ لَمْ تَفْعَلُوا فَأْذَنُوا بِحَرْبٍ مِنَ اللَّهِ وَرَسُولِهِ ۖ وَإِنْ تُبْتُمْ فَلَكُمْ رُءُوسُ أَمْوَالِكُمْ لَا تَظْلِمُونَ وَلَا تُظْلَمُونَ) Ey iman gətirənlər! Allahdan qorxun və əgər möminsinizsə, sələmdən qalan faizi almayın. Bunu etməsəniz, Allahın və Onun Elçisinin sizə müharibə elan etdiyini bilin. Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar. [سورة البقرة 279-278] əl-Bəqərə 278-279. https://whatsapp.com/channel/0029VaG3P4J1iUxWrfGogm3L

(إِنْ تَجْتَنِبُوا كَبَائِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَنُدْخِلْكُمْ مُدْخَلًا كَرِيمًا) Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz də sizin kiçik günahlarınızdan keçər və sizi şərəfli bir keçidə (Cənnətə) daxil edərik. [سورة النساء 31] ən-Nisə 31. https://whatsapp.com/channel/0029VaG3P4J1iUxWrfGogm3L