Əkinçi WhatsApp Channel

Əkinçi

112 subscribers

About Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə ediləməyən mövzular. Tam videolar: youtube.com/akinchi Dəstək üçün: patreon.com/akinchi

Similar Channels

Swipe to see more

Posts

Əkinçi
Əkinçi
6/19/2025, 6:05:53 PM

Hüquqşünas Mehri Rzayeva iş yerlərində cinsi ayrı-seçkilik və seksual qısnamaya dair problemlərə toxunur və qadınların bu halları sübut etməkdə qarşılaşdıqları çətinlikləri vurğulayır. Qonağımız izah edir ki, diskriminasiya daha çox işə qəbul, vəzifəyə yüksəlmə və əmək haqqı ilə bağlı danışıqlar zamanı baş verir. Mehri Rzayeva bildirir ki, Azərbaycanın əmək qanunvericiliyində bu məsələlərlə effektiv mübarizə aparmaq üçün aydın daxili qaydalar və icra mexanizmləri yoxdur. Video burada - https://youtu.be/n2UhOudz89A

Post image
Image
Əkinçi
Əkinçi
6/16/2025, 4:55:50 PM

Yeni videomuzda tarixçi Müşfiq Əkbər Bakının unudulmuş Sabunçu kəndinin zəngin, lakin diqqətdən kənarda qalmış tarixi və mədəni potensialı haqqında danışır. Qonağımız Sabunçu xəstəxanasını, Nobel qardaşlarının işçi şəhərciyini, elektrik stansiyasını və buradakı multikultural yaşayış tərzini xüsusi vurğulayır. Müşfiq Əkbər bildirir ki, Sabunçu bərpa olunsa, bu məkan Azərbaycanın sənaye, mədəni və multikultural tarixi üçün nadir bir turizm istiqamətinə çevrilə bilər - https://youtu.be/jNHl8Y69980

Post image
👍 3
Image
Əkinçi
Əkinçi
5/15/2025, 5:18:38 PM

Yeni videomuzda bələdçi Qanı Nəsirov Bakının sürətli şəhərsalma yenidənqurmaları fonunda mədəni, tarixi və memarlıq irsinin qorunmasının zəruriliyini vurğulayır. Qonağımız Bakının tarixi irsinin təkcə qala divarları ilə məhdudlaşmadığını və mədəni baxımdan əhəmiyyətli olan bir çox ətraf məhəllənin nəzərdən qaçırıldığını qeyd edir. Şəhər yenilənməsinin təhlükəsizlik, xidmətlər və turizm infrastrukturu baxımından faydalarını tanıyan Qanı Nəsirov bu dəyişikliklərin inklüziv, şəffaf və ictimai iştirakla planlaşdırılmasının vacibliyini vurğulayır - https://youtu.be/dn_CL7fE_qE

Post image
❤️ 🎀 👍 4
Image
Əkinçi
Əkinçi
6/5/2025, 5:06:56 PM

Uşaq inkişafı üzrə mütəxəssis Nailə Həsənzadə qeyd edir ki, autizm spektr pozuntusu və digər inkişaf fərqliliyi olan uşaqlar öyrənərkən müəyyən çətinliklərlə üzləşirlər. Bu problemin həllinə töhfə vermək məqsədilə spikerimiz “Mustafanın lupası” adlı adaptiv mütaliə vəsaitini hazırlayıb. Vəsait uşağın məzmunu anlama bacarığını inkişaf etdirməyə yönəlib və suallar vasitəsilə öyrəndiklərini daha yaxşı qavramağa yardımçı olur. Ətraflı məlumat üçün yeni videomuzu izləyin - https://youtu.be/3LOFMRkDK6w Əkinçinin fəaliyyətini dəstəkləmək üçün: 🔗 patreon.com/akinchi 🔗 buymeacoffee.com/akinchi

Post image
👍 1
Image
Əkinçi
Əkinçi
5/26/2025, 5:11:24 PM

Psixologiyada geniş müzakirə olunan “Qaranlıq dördlük” yanaşması haqqında danışan tədqiqatçı Zəhra Murad insanların bu dörd xüsusiyyət – narsisizm, makiavelizm, psixopatlıq və sadizm – barədə daha məlumatlı olmasının vacibliyini vurğulayır. Qonağımız qeyd edir ki, bu xüsusiyyətlərə malik insanlar güc və səlahiyyət mövqelərinə təbii olaraq cəlb olunurlar, çünki bu mövqelər onların manipulyasiya və nəzarət imkanlarını artırır. Daha ətraflı yeni videomuzda - https://youtu.be/KQstjLMxIbA Əkinçinin fəaliyyətini dəstəkləmək üçün: 🔗 patreon.com/akinchi 🔗 buymeacoffee.com/akinchi

Post image
❤️ 2
Image
Əkinçi
Əkinçi
5/29/2025, 5:20:53 PM

Sitarə İbrahimbəyli, VarYox platformasının sosial mövzulara diqqət yetirdiyini və küçə heyvanlarının bu mövzulardan olduğunu deyir. O qeyd edir ki, Azərbaycan dilində uşaqlar üçün müasir reallıqları əks etdirən və empatiya aşılayan kontent kifayət qədər deyil. Fıstıq adlı küçə iti və Aqil adlı oğlanın dostluğundan bəhs edən kitab da məhz bu səbəbdən ərsəyə gəlib. Qonağımız, heyvanlara qarşı münasibətin uşaqlarda insanlara qarşı münasibətə də təsir etdiyini və bizim uşaqlarda mərhəmət hissinin formalaşmasına önəm verməli olduğumuzu vurğulayır. Video burada - https://youtu.be/IRFRPfsaVD8 Əkinçinin fəaliyyətini dəstəkləmək üçün: 🔗 patreon.com/akinchi 🔗 buymeacoffee.com/akinchi

Post image
❤️ 3
Image
Əkinçi
Əkinçi
6/2/2025, 5:07:25 PM

Təxminən iki il əvvəl vəkil Aysel Əhmədova ilə Azərbaycanda vərəsəlik qanunları barədə ictimaiyyətin ən çox verdiyi suallar əsasında bir video hazırlamışdıq. Bu müddət ərzində həmin videoya olan marağın artdığını nəzərə alaraq, Aysel xanımla izləyicilərimizin verdiyi 10 yeni sualı əhatə edən növbəti bir video çəkdik. Qonağımız bu dəfəki cavablarında əmlakın bağışlanması, onun bölüşdürülməsi, mirasın varislər arasında necə paylanması, qeyri-rəsmi nikahın vərəsəlik məsələlərinə təsiri, ölkədə daşınmaz əmlaka sahib olan xarici vətəndaşların miras hüquqları və digər aktual məsələlərə toxunub. Video burada - https://youtu.be/8AlnmOUTHO0

Post image
👍 1
Image
Əkinçi
Əkinçi
5/22/2025, 5:06:12 PM

Dietoloq Lalə Yaqubova sağlamlığın bahalı “dietik” məhsullardan deyil, sadə və davamlı vərdişlərdən başladığını vurğulayır. O, şəkərsiz və ya “diet” etiketi ilə satılan məhsulların həmişə sağlam olmadığını bildirir, çünki onların bir çoxu bağırsaq florasına və immun sisteminə zərər verən qatqılarla doludur. Qonağımızla sağlam həyat və faydalı vərdişlər barədə hazırladığımız bu video, sağlam həyat tərzinə başlamaq istəyən, lakin necə və haradan başlayacağını bilməyənlər üçün yaxşı bir bələdçi ola bilər. Video burada - https://youtu.be/wHvK7U6cb2M

Post image
❤️ 2
Image
Əkinçi
Əkinçi
6/12/2025, 5:05:44 PM

Azərbaycan Biznes Keys Müsabiqəsinin məzunu və təlimçisi Səkinə Qaragöz bu yarışma ilə bağlı təcrübəsini və onun peşəkar inkişafına necə təsir etdiyini bölüşür. Qonağımız qeyd edir ki, bu müsabiqə tələbələrə real biznes problemlərini müəyyənləşdirməyi, məhdud resurslarla strateji həll yolları tapmağı, eləcə də strateji düşünmə, ünsiyyət və əməkdaşlıq kimi əsas bacarıqları inkişaf etdirməyi öyrədir. Səkinə Qaragöz əlavə edir ki, bu müsabiqə tələbələrə nəzəriyyədən daha çox praktiki təcrübə qazandırır. Video burada - https://youtu.be/XP8tTHJ0D_s Əkinçinin fəaliyyətini dəstəkləmək üçün: 🔗 patreon.com/akinchi 🔗 buymeacoffee.com/akinchi

Post image
❤️ 1
Image
Əkinçi
Əkinçi
6/9/2025, 5:09:08 PM

Natiqlik üzrə kouç Coşqun Kərimov öz çıxışında Süni Zəkanın ünsiyyət və insan inkişafındakı rolunun necə dəyişdiyini təhlil edir. O, Süni Zəkanın ictimai çıxış üçün vacib hesab etdiyi dörd “əzələyə” – vaxtın idarə olunması, məzmunun formalaşdırılması, vizual ünsiyyət və enerjinin idarə olunmasına – necə təsir etdiyini izah edir. Qonağımız vurğulayır ki, Süni Zəka qlobal biliklərə çıxış, vizualların hazırlanması və təqdimat mühitlərinin simulyasiyası baxımından əvəzsiz bir vasitə olsa da, enerjinin ötürülməsi və emosional təsir hələ də yalnız insana məxsus bacarıqlardır. Video burada: https://youtu.be/5knkDTJmb7A

Post image
❤️ 👍 💸 🤌 4
Image
Link copied to clipboard!