
Baku.es
11.4K subscribers
Verified ChannelAbout Baku.es
🇦🇿 Operativ xəbər portalı
Similar Channels
Swipe to see more
Posts

🇹🇷🇮🇷 Türkiyənin müdafiə naziri İranla sərhədə gedib Türkiyə İranla sərhəd bölgələrində nəzarəti artırır. Ölkənin milli müdafiə naziri Yaşar Gülər vəziyyəti qiymətləndirmək üçün İranla sərhəddə yerləşən Van bölgəsinə gedib. Qeyd edilib ki, Yaşar Gülər və Türkiyə Silahlı Qüvvələri Komandanlığı İran sərhədində yerləşən hərbi hissələri yoxlamaq üçün Vana gedib.


❗️🇮🇷İranın ali dini lideri Ayətullah Əli Xamenei ölkəsinin “möhkəm dayanacağını" və təslim olmayacağını bildirib. O, həmçinin vurğulayıb ki, Tehran ABŞ-nin istənilən hərbi müdaxiləsinə cavab verəcək və bu qarşı tərəfə geridönməz zərər vuracaq.

❗️🇮🇷Xamenei: İran bu münaqişədə İsrailə qalib gələcək. ABŞ-nin hər hansı müdaxiləsi geridönüşü olmayan nəticələrə səbəb olacaq

❗️"Bazarstore" qiymət fərqinə görə cərimələnib Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “Bazarstore” MMC barəsində inzibati xəta protokolu tərtib edib. Bu barədə Agentlikdən məlumat verilib. Şirkətin məhsulu üzərindəki qiymətdən daha yüksək məbləğə satdığı aşkarlanıb və bu hal İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə (Malın qiyməti üzrə istehlakçının az miqdarda aldadılması) uyğun olaraq inzibati xəta kimi qiymətləndirilib.

❗️İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi: Bizə hücum edən hər kəs cavabını alacaq.

❗️Rusiya ilə ABŞ arasında birbaşa uçuşlar 2025-ci ilin sonuna qədər bərpa oluna bilər. Bunu Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriev bildirib. Onun sözlərinə görə, Amerika tərəfi bunda çox maraqlıdır.

🇦🇿🇹🇷İlham Əliyev sabah Türkiyəyə gedəcək Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun bildirib. Onun sözlərinə görə, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq. Səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə 2023-cü ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələlərdən sonra Türkiyə və Azərbaycan tərəfindən Kahramanmaraşda “Azərbaycan Məhəlləsi” adı ilə inşa edilən yaşayış kompleksinin açılışı həyata keçiriləcək. Səfər zamanı, həmçinin hər iki ölkə arasındakı münasibətlərlə yanaşı, aktual regional proseslər barədə də fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

❗️Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselovanı qəbul edib.


❗️🇮🇷🇮🇱İsrail XİN rəhbəri: İranla heç bir danışıq aparılmır