Offside WhatsApp Channel

Offside

89 subscribers

About Offside

İdmandan kənar qalma!

Similar Channels

Swipe to see more

Posts

Offside
Offside
2/19/2025, 1:23:55 PM

📣SON DƏQİQƏ: Misli Premyer Liqasının formatı DƏYİŞDİRİLDİ ‼️ Geniş məlumat 👇👇👇 https://offsideplus.az/category/mpl/89879/son-deqiqe-misli-premyer-liqasinin-formati-deyisdirildi

👍 1
Image
Offside
Offside
2/25/2025, 6:54:46 PM

Lionel Messi sabiq komandası "Barselona"ya qayıdacaq. İnsyder Aleks Kandala məlumat yayıb ki, argentinalı ulduz yenilənmiş "Kamp Nou"da oynamamış karyerasını bitirməyəcək. Bu jurnalist dəqiq xəbərlər yazması ilə tanınır. Messinin 2023-cü ilin yayında PSJ-dən ABŞ-ın "İnter Mayami" klubuna keçidini də hamıdan tez məhz Kandala xəbər vermişdi.

Image
Offside
Offside
2/26/2025, 7:43:58 PM

Didye Droqbanın "Qalatasaray"a müraciəti: "Əziz "Qalatasaray", Sarı-qırmızılı formanı geyinməkdən necə qürur duyduğumu və Türkiyənin ən titullu klubuna olan sevgimdən xəbərdarsınız. Derbilərin necə qızğın və alovlu olduğunu bilirik, bunu yaşaya bilmişəm. Joze Mourinyo barədə son şərhləri gördüm. İnanın mənə, Jozeni 25 ildir tanıyıram. O, irqçi deyil və tarix (keçmiş və indi) bunu sübut edə bilər. Gəlin, oyunlarımıza fokuslanaq, möhtəşəm "aslanlar"a dəstək olaq və 5-ci ulduzumuza yaxınlaşmaq üçün liqada qələbələr qazanaq. Mənim "atam" necə irqçi ola bilər axı? Yaxşı görək, uşaqlar..."

Image
Offside
Offside
2/28/2025, 9:04:11 AM

Kubokda "Sumqayıt"a bir quş... Bu, klubun simvolu olan göyərçin deyil. Bu, "Sumqayıt" rəhbərliyinin nəticəsiz fəaliyyətinə, prezident Riad Rəfiyevin menecerliyinə, Vaqif Cavadovun antirekorduna qoyulan quşdur... Bir göyərçinlə baharı qarşılamaq olmaz... Geniş yazını Offsideplus.az saytından və ya aşağıdakı linkdən oxuya bilərsiniz. https://offsideplus.az/category/ozel/90228/soyuq-havada-soyuq-dus---ve-ya-sumqayita-bir-qus #sumqayıt

Image
Link copied to clipboard!