UNEC WhatsApp Channel

UNEC

6.3K subscribers

About UNEC

*Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəsmi kanalı* *Ünvan:* Bakı şəhəri, İstiqlaliyyət küç.6 *Qaynar xətt:* 1846 *E-mail:* [email protected] *Rəsmi sosial media səhifələri:* https://linktr.ee/uneceduaz

Similar Channels

Swipe to see more

Posts

UNEC
UNEC
6/17/2025, 7:32:41 AM

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi münasibətilə CBC Televiziyası tərəfindən xüsusi sənədli film hazırlanıb. Film UNEC-in zəngin tarixini, elmi və tədris fəaliyyətini, beynəlxalq əlaqələrini və gələcək inkişaf perspektivlərini əhatə edir. Sənədli filmdə universitetin keçdiyi inkişaf yolu, ölkə iqtisadiyyatına verdiyi töhfələr, aparıcı fakültələr və ixtisaslar, tələbə həyatı və akademik nailiyyətlər geniş işıqlandırılır. Eyni zamanda UNEC-in rektoru, professor Ədalət Muradov çıxış edərək universitetin bu günə qədər əldə etdiyi uğurlar və gələcək hədəfləri barədə fikirlərini bölüşüb. 🔗 Videonu izləyin: https://www.youtube.com/watch?v=gpi9QrEEJAI

Post image
❤️ 👍 12
Image
UNEC
UNEC
6/15/2025, 7:45:43 AM

UNEC 24/7 kitabxanası Milli Qurtuluş Günü ilə əlaqədar 14 iyun saat 23:59-dan 16 iyun saat 08:00-dək fəaliyyətini dayandıracaq. 📚 16 iyun saat 08:00-dan etibarən kitabxana fəaliyyətini ənənəvi qaydada davam etdirəcək.

Post image
❤️ 4
Image
UNEC
UNEC
6/18/2025, 5:53:51 AM

📊 *Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “The Times Higher Education” təşkilatının 2025-ci il üzrə Dayanıqlı İnkişaf Məqsədləri (SDG) üzrə Impact Rankings nəticələrinə əsasən dünyanın TOP 1000 universiteti sırasında yer alıb.* 🎓Qeyd edək ki, 2024-cü ildə UNEC bu reytinqdə 1001–1500-ci yerdə qərarlaşmışdı. 2025-ci ildə isə 801–1000 aralığına yüksəlib. 📌 Bu nəticə UNEC-in son illərdə həyata keçirdiyi dayanıqlı inkişaf, rəqəmsallaşma, sosial məsuliyyət və beynəlxalqlaşma istiqamətində atdığı addımların beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. https://www.instagram.com/p/DLB-o5rMREK/?igsh=MTlwbnU0OWl5YzJvOA== https://www.facebook.com/share/p/19tK4S2cwM/?mibextid=wwXIfr

Post image
❤️ 😢 7
Image
UNEC
UNEC
6/17/2025, 3:18:58 PM

❗️ *Tələbələrin nəzərinə!* 17 iyun 2025-ci il tarixində “elektron-yazılı” və “test” üsulu ilə keçirilməsi nəzərdə tutulmuş, lakin mövcud texniki problem ilə əlaqədar təxirə salınmış imtahanların hansı tarixdə keçiriləcəyi barədə yaxın günlərdə məlumat veriləcəkdir. *Nəzərə almağınızı xahiş edirik.*

Post image
😂 ❤️ 👍 4
Image
UNEC
UNEC
6/14/2025, 11:40:43 AM

UNEC məzunlarının nəzərinə! "UNEC Məzun 2025" iyunun 27-də Bakı Kristal Zalda keçiriləcəkdir. Məzun Günündə çəkiliş (foto, video) aparmaq məqsədilə dəvət edəcəyiniz şəxslərin buraxılış vərəqələrini əldə etmələri üçün məzunlar UNEC-in Əsas tədris binası, Tələbə Həmkarlar İttifaqı Komitəsinin otağına (414-cü otaq) yaxınlaşmalıdırlar. Əlaqə nömrəsi: +994 55 997 28 99 (Həsən Həşimov) Son tarix: 23 iyun 2024-cü il, saat 17:00 Qeyd: Çəkiliş aparan şəxslərin nəzərinə çatdırılır ki, tədbirin rəsmi hissəsində ayrı-ayrılıqda məzunlarla heç bir çəkiliş aparılmasına icarə verilmir və yalnız müəyyən məsafədən rəsmi şəkillər çəkilə bilər.

Post image
❤️ 👍 5
Image
UNEC
UNEC
6/17/2025, 4:27:30 PM

Bu təqaüd 10-cu və 11-ci sinif şagirdləri ilə sonuncu kurs bakalavr tələbələri üçün nəzərdə tutulub. “KÖRPÜ” təqaüd proqramı ilə əldə edəcəyiniz üstünlüklər: • Tam ödənişsiz xaricdə təhsil xidməti; • Ödənişsiz şəkildə beynəlxalq imtahanlara hazırlıq (SAT, IELTS, TOEFL, DUOLINGO); • Advanced Placement (AP) dərsləri üzrə 40% endirim paketi; • Ödənişsiz sınaq imtahanları; • Ödənişsiz elektron və fiziki dərs vəsaitləri; • İntensiv dərs proqramı. Qeydiyyat: https://forms.gle/avvTNwAujbPFpV5q6 Son qeydiyyat tarixi: 10 avqust

Post image
👍 ❤️ 3
Image
UNEC
UNEC
6/18/2025, 8:37:43 PM

*Bu gün universitetimizin 95 illik yubileyidir!* 🩵 95 il ərzində minlərlə tələbənin bilik yolu, yüzlərlə müəllimin elm ocağı olan UNEC bu gün daha güclü, daha məqsədyönlü şəkildə gələcəyə addımlayır. Bu tarixi gündə bütün UNEC ailəsini təbrik edirik! 🩵

Post image
❤️ 👍 27
Image
UNEC
UNEC
6/18/2025, 7:12:47 PM

“Sabah universitetimizin – UNEC-in 95 yaşı tamam olur. 95 illik yubiley öncəsi, 13 iyun 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illiyi tədbirində Ümummilli Lider Heydər Əliyevin universitetimizdə etdiyi çıxışa bir daha qulaq asdım və bir daha əmin oldum ki, bu çıxışda səsləndirilən tövsiyələr, verilən tapşırıqlar UNEC-in uğurunu təmin edən yoldur! Bu yolun sonu isə dünya səviyyəli UNEC-dir!” *UNEC Rektoru, Prof. Ədalət Muradov*

❤️ 👍 14
UNEC
UNEC
6/14/2025, 8:35:32 PM

15 iyun Milli Qurtuluş Günüdür. 🇦🇿 Bu tarix xalqın birliyi, qurtuluşu və azad gələcəyə inamının simvoludur!

Post image
❤️ 6
Image
UNEC
UNEC
6/13/2025, 5:02:51 PM

📢 Tələbələrin nəzərinə! Nazirlər Kabinetinin qərarına əsasən 27 iyun iş günü 21 iyun qeyri-iş günü ilə əvəz edilmişdir. Bu səbəbdən UNEC-də keçirilən 2024/2025-ci tədris ilinin Yaz semestri üzrə sessiya imtahanlarının cədvəlində dəyişiklik edilmişdir. Aşağıdakı linkə daxil olaraq cədvəl ilə tanış ola bilərsiniz. https://unec.edu.az/bakalavriatura-seviyyesi-uzre-2024-2025-ci-tedris-ilinin-yaz-semestrinin-sessiya-imtahani-cedveli/ *Nəzərə almağınızı xahiş edirik.*

❤️ 😂 😢 3
Link copied to clipboard!