
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
7.0K subscribers
About Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
🔊 Sosial sahəyə aid bütün xəbərləri, ən son yenilikləri kanalımızdan öyrənin!
Similar Channels
Swipe to see more
Posts

Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəmizə #repatriasiya olunmuş daha 13 nəfər vətəndaşımız *Sosial Xidmətlər Agentliyi* tərəfindən qarşılanaraq sosial xidmət müəssisəsinə yerləşdirilib. ℹ️ Hazırda hər bir repatriantla bağlı fərdi inkişaf planı əsasında sosial-psixoloji dəstək tədbirləri həyata keçirilir. ↪️ https://sosial.gov.az/az/media/xeberler/daha-13-repatriantla-bagli-sosial-psixoloji-destek-islerine-baslanib-8109


Qarabağ və Şərqi Zəngəzurda yeni DOST mərkəzləri və filialları açılacaq. Bu barədə *DOST Agentliyinin* İdarə Heyətinin sədri Fərid Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib. ➡ https://azertag.az/xeber/idare_heyetinin_sedri_qarabag_ve_serqi_zengezurda_yeni_dost_merkezleri_ve_filiallari_achilacaq-3601891

⏰ “Sosial saat”ın budəfəki qonağı *Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdiri Yalçın Niftiyevdir.* ℹ️12 iyun saat 11:30-da *DOST TV* -də canlı yayımlanacaq verilişdə əlillik təyinatından bəhs olunacaq, həmçinin sizi maraqlandıran suallar cavablandırılacaq. Kanala keçid linki: 👉https://www.youtube.com/@dostmediatv


*Səyyar DOSTunuz var!* 💜 🔹 Hazırda 800-ə yaxın şəxsə DOST mərkəzləri tərəfindən evdə (səyyar) sosial-məişət xidməti göstərilir. 🎥 *DOST TV-nin* videomaterialını təqdim edirik.

*❗️❗️ Nazir Anar Əliyev 📍 Zaqatala rayonunda Zaqatala və Balakən rayonlarının sakinlərini qəbul edəcək.* Vətəndaşlar *10-12 iyun* tarixlərində Nazirliyə rəsmi şəkildə 📧 [email protected] elektron ünvanı və ya 📩 ️poçt vasitəsilə müraciət edərək, yaxud ☎️ “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər. ➡️ https://sosial.gov.az/az/media/xeberler/nazir-anar-eliyev-zaqatalada-vetendaslari-qebul-edecek-8104


🔹 Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan *“Məşğulluğa Dəstək Layihəsi”* çərçivəsində ötən dövrdə 25 minə yaxın şəxs avadanlıqlarla təmin edilib. 22 min işsiz şəxsi əhatə etməsi hədəflənən Layihənin uğurlu icrasının nəticəsi olaraq 2025-ci ilin sonunadək 26 mindən artıq benefisiarın bu layihəyə cəlb edilməsi hədəflənib.🎯 ↪️ https://sosial.gov.az/az/media/xeberler/mesgulluga-destek-layihesi-uzre-oten-dovrde-25-mine-yaxin-sexs-ucun-teserrufatlar-qurulub-8110


12 İyun - Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür.


🔹 *Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin* birgə təşkilatçılığı ilə Qusar rayonunda “Konstitusiya və Suverenlik” ilinə həsr olunmuş “Süni Zəka ilə Sosial Dəyişim” adlı tədbir keçirilib. 🔸 Hər iki qurumun nümayəndələrinin iştirakı ilə *“Dövlət və süni zəka: Texnologiyadan strateji alətə”* adlı panel müzakirə keçirilib. ℹ️ Tədbirin əsas məqsədi süni intellekt sahəsindəki aktual trendləri, bu texnologiyanın dövlət idarəçiliyində tətbiqi imkanlarını və ictimai xidmətlərdə rolunu müzakirə etmək olub. ↪️ https://sosial.gov.az/az/media/xeberler/suni-zeka-ile-sosial-deyisim-adli-tedbir-kecirilib-8112


"İnklüziv cəmiyyət üçün birlikdə öyrənək!" rubrikasında yeni 5 söz, 1 cümləni təqdim edirik. ℹ️ Qeyd edək ki, layihə eşitmə və nitq məhdudiyyəti olan şəxslərin hüquqlarının təmin edilməsi, işarət dilindən istifadənin tanınması və həvəsləndirilməsi məqsədi daşıyır və işarət dilini sıfırdan tədris edir. Gəlin "İnklüziv cəmiyyət üçün birlikdə öyrənək!". 🫶

🔹 Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş torpaqlarımıza köçürülən sakinlərdən biri də Sərdar Paşayevdir. Uşaqlıqda ailəsi ilə birlikdə tərk etməyə məcbur qaldığı 📍 Füzuli rayonuna qayıtdıqdan sonra Dövlət Məşğulluq Agentliyi tərəfindən doğma yurdda işlə təmin edilən qəhrəmanımızın ⭐️ uğur hekayəsini özündən dinləyək...