Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
February 13, 2025 at 10:38 AM
Dövlət Xidmətinin şəxsi heyəti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib. 13 fevral Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13-cü ildönümü münasibətilə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və qurumun şəxsi heyəti Fəxri xiyabanı ziyarət edərək ulu öndər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla anıblar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb. Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulub.
Image from Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti: Dövlət Xidmətinin şəxsi heyəti Fəxri xiyaban və Şəhidlər xiyabanını zi...
👍 🇦🇿 ❤️ 15

Comments