Musavat.com
Musavat.com
February 26, 2025 at 07:45 PM
*Boris Conson Trampın tərəfdarlarına: “Axmaqlığı dayandırın!”* Jurnalist Dmitri Qordon Consona “Əgər siz Trampın yerində olsaydınız, nə edərdiniz?” sualını verib. Musavat.com bildirir ki, keçmiş Britaniya baş naziri suala açıq və sərt cavab verib: 🔴 “Mən Konqresdəki Respublikaçılara deyərdim ki, axmaqlığı dayandırsınlar.” 🔴 “Taker Karlsona isə yaxınlıqdakı gölə baş vurmasını tövsiyə edərdim.” 🔴 “Ukraynaya hərbi dəstəyi dərhal artırardım.” 🔴 “Faydalı qazıntılarla bağlı müqavilə bağlayardım, amma o qədər yırtıcı şərtlərlə yox.” Conson yaxın dostu Trampın siyasətini açıq şəkildə tənqid edərək, Ukraynanın azadlığını və müstəqilliyini qorumağın strateji baxımdan əhəmiyyətli olduğunu bildirib.

Comments