
Kapaz PFC
February 9, 2025 at 11:48 AM
Məktəblilər futbolçularla görüşüblər 📚
Şəmkir şəhər Kimya, biologiya təmayüllu liseyin şagirdləri komandamızın üzvləri ilə görüşüblər. Gəncədə klubumuzun qonağı olan uşaqlar meydançada futbolçularla maraqlı, əyləncəli vaxt keçiriblər. Məktəblilər oyunçular ilə futbol oynayıblar, şəkil çəkdirib, avtoqraf alıblar. Komandamızın baş məşqçisi Azər Bağırov şagirdləri maraqlandıran sualları cavablandırıb, onlara səmimi münasibət göstərib.
“Futbol hamı üçün” devizi altında reallaşan görüşün təşkilində əsas məqsəd uşaq, yeniyetmə və gənclər arasında futbola marağın artırılması, bu idman növünün təbliğidir.

❤️
👍
🙏
14