Əsər Əhli
Əsər Əhli
February 15, 2025 at 05:42 AM
*Əziz müsəlmanlar! Allahın evlərində (məscidlərdə) basırıq olan zamanlarda, xüsusilə cümə və ya bayram namazlarında, müsəlman qardaşınız sizin yanınızda azca yer görüb orada əyləşmək istəsə və sizdən orada əyləşmək üçün icazə istəsə, onu peşman halda geriyə qaytarmayın və ya əsəbiləşərək üz ifadənizi dəyişdirib deməyin ki, sıxlıqdır.* *Ey müsəlman bacım və qardaşım! Bunu unutma ki, sənə yaxınlaşan və yer istəyən, sənin dünya və axirət qardaşındır. Yanında yer ola-ola nəfsin sənə deməsin ki, burada otursa, sıxlıq olacaq və ya narahat olacağam. Müdrik insan heç vaxt sadəcə öz rahatlığını düşünməz.* _Allah ‘Azza və Cəllə belə buyurmuşdur:_ يَٓا اَيُّهَا الَّذ۪ينَ اٰمَنُٓوا اِذَا ق۪يلَ لَكُمْ تَفَسَّحُوا فِي الْمَجَالِسِ فَافْسَحُوا يَفْسَحِ اللّٰهُ لَكُمْۚ وَاِذَا ق۪يلَ انْشُزُوا فَانْشُزُوا يَرْفَعِ اللّٰهُ الَّذ۪ينَ اٰمَنُوا مِنْكُمْۙ وَالَّذ۪ينَ اُو۫تُوا الْعِلْمَ دَرَجَاتٍۜ وَاللّٰهُ بِمَا تَعْمَلُونَ خَب۪يرٌ *Ey iman gətirənlər! Sizə: “Məclislərdə yer verin!”– deyildikdə yer verin ki, Allah da sizə geniş yer versin. Habelə sizə: “Qalxın!”– deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah nə etdiklərinizdən xəbərdardır.* _Mücâdele Suresi 11. Ayet_ _________________________________ • Instagram | https://l24.im/JFuq0t • ⁠Twitter | https://l24.im/dGeHXw • YouTube | https://l24.im/TXZ3 • Telegram | https://l24.im/nj0o • WhatsApp | https://l24.im/bvnT • Facebook | https://l24.im/qZ9HY
❤️ 👍 🌺 17

Comments