Sünnəyə Dəvət
February 9, 2025 at 05:45 PM
[ Alimin cavabı və yəhudinin müsəlman olması ]
“Fəthul Bəri” kitabının sahibi və öz zamanında Misirin qazilərindən biri olan İbn Həcər əl-Əsqalanidən (rahiməhullah) rəvayət olunur ki, o, bir gün minikdə (at arabasında) bazardan keçdikdə yəhudilərdən olan bir kişi onu saxladı və o “vallahi, sizin peyğəmbəriniz deyirdi ki, dünya möminin zindanı, kafirin isə Cənnətidir”. Bu necə olur ki, sən zənginlik (bolluq) içində və hörmət sahibisən. O yəhudi isə (yəni özünü qəsd edir) kafir olduğu halda kasıblıq və ehtiyac içindədir. Bu necə olur?”
İbn Həcər (Allah ona rəhm etsin) ona belə cavab verir:
“Mən sənin gördüyün zəngin və xidmət edilən olsam da, bu mənim üçün möminin Cənnətdəki rahatlığına nisbətdə zindan kimidir. Sənin üçün isə dünyada bu kasıblıq və zəlillikdə kafirin Cəhənnəmə atılması ilə nisbətdə Cənnətdəki kimisən.”
Yəhudi bu sözə təəccübləndi və haqqın şəhadəti ilə şəhadət verdi və “Mən şahidlik edirəm ki, Allahdan başqa haqq ilah yoxdur və şahidlik edirəm ki, Muhəmməd Allahın Rasuludur” dedi.
📕 Mənbə: Şeyx İbn Useymin “Fətavə Nurun aləd Dərb”, 64/111.
🌐https://t.me/sunneyedevet
👍
❤️
🇺🇬
🤍
7