
ASCO – Azerbaijan Caspian Shipping Company
February 14, 2025 at 05:44 AM
Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür 📚
ASCO olaraq son 10 ildə Korporativ Sosial Məsuliyyət çərçivəsində ölkəmizin gəmiçilik tarixi, Vətən müharibəsində iştirak etmiş dənizçilər, eləcə də uşaq və gənclərdə gəmiçiliyə maraq yaratmaq mövzularında müxtəlif nəşrlər hazırlamışıq:
📖 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi - 160 il” markalı kitab
📖 “Azərbaycanda gəmiçilik: sənədli tarix”
📖 “Ulu öndər Heydər Əliyev və milli gəmiçilik siyasəti”
📖 “Hər biri qəhrəmandır”
📖 “Dənizçilik əlifbası”
📖 "Suraxanı" gəmi-muzeyinin “Bələdçi kitabı”
📖 “Zamanla eyni dalğada” kitab-fotoalbomu
Bu nəşrlərin hər birini müxtəlif kitabxanalara bağışlamaqla yanaşı, hər kəsə əlçatan olması üçün onları rəsmi saytımızın “E-nəşrlər” bölməsinə yerləşdirmişik. 🔗 https://www.asco.az/az/pages/7/61?page=0
📚 Kitab bilikdir, bilik isə gələcəyimiz! Sən də kitab bağışla, gələcəyi işıqlandır! ✨
#beynəlxalqkitabbağışlamagünü #asco #dənizçilər
