Töhfə (التُّحْفَةُ)
Töhfə (التُّحْفَةُ)
February 18, 2025 at 11:21 AM
Gəldik uzaqgörənliyə.. Sizə dəfələrlə demişdik ki, bir məsələdə "mən hədislə, Quran və sünnə ilə gedirəm" deyən vəhhabilər ancaq məşhur bir neçə məsələdə bunu hallandıra bilər. Dərin məsələlərdə isə dəlillərdən yola çıxmaq və nəyisə isbat etmək onların bacaracaqları bir iş deyil. Piramidalar məsələsi haqqında danışan vəhhabi ancaq alimlərin sözlərini gətirir, şəriət qaydalarını gətirir və bundan yola çıxaraq hökm verir. Gətirdikləri ayə və hədis isə ümumi məsələlərdədir. İndiyə qədər mən hədislə gedəcəm deyənlər artıq bilməlidir ki, onların yeni məsələlər üçün xüsusi dəlilləri olmayacaq. Və artıq vəhhabi alimlər də onları fəqihlərin qoyduğu qaydalar üzərindən hökmə aparacaq. Qısacası; indiyə qədər qınadıqları şeyə düşəcəklər.
Image from Töhfə (التُّحْفَةُ): Gəldik uzaqgörənliyə..  Sizə dəfələrlə demişdik ki, bir məsələdə "mən ...
👍 😂 ❤️ 9

Comments