Töhfə (التُّحْفَةُ)
Töhfə (التُّحْفَةُ)
February 27, 2025 at 09:56 AM
Hər il dönən "hesab ilə oruc tutma" məsələsi müsəlmanlarıın diqqətlərini mübarək Ramazan ayından və o aydakı ibadətlərdən daha çox ixtilaflara cəmləşdirir. Artıq bu məsələ məhz söz güləşdirmə, qalib gəlmə kimi idman yarışlarına dönüb. Hamısı alimlərin mənhəclərindən ayrılmağımızın təzahürləridir. Fiqhi hökmə gələcək olsaq, şafei alimlərindən İmam Rəmli - Allah ona rəhmət etsin - belə deyir: "نَعَمْ لَهُ أَنْ يَعْمَلَ بِحِسَابِهِ وَيَجْزِيهِ عَنْ فَرْضِهِ عَلَى الْمُعْتَمَدِ وَإِنْ وَقَعَ فِي الْمَجْمُوعِ عَدَمُ إجْزَائِهِ عَنْهُ، وَقِيَاسُ قَوْلِهِمْ إنَّ الظَّنَّ يُوجِبُ الْعَمَلَ أَنْ يَجِبَ عَلَيْهِ الصَّوْمُ وَعَلَى مَنْ أَخْبَرَهُ وَغَلَبَ عَلَى ظَنِّهِ صِدْقُهُ.." [الرملي، شمس الدين ,نهاية المحتاج إلى شرح المنهاج ,3/150] "Bəli, mötəməd olan budur ki, hesab edərək Ramazan ayının daxil olduğu qənaətinə gələn öz hesablamasına dayanaraq oruc tuta bilər və bu, Ramazanın fərz orucu olaraq keçərli sayılar. Hətta "əl-Məcmu" adlı əsərdə bunun Ramazan orucu olaraq keçərli sayılmayacağı deyilsə belə. Alimlərin "Zənn özü ilə əməl etməyin vacibliyini gərəkdirir" qaydasına görə *hesablayanın oruc tutması vacib olduğu kimi, onun xəbər etdiyi şəxslərin və həmin hesab edən şəxsin doğru olduğu qənaətinə gələn şəxslərin də oruc tutmaları vacibdir.*" [Ər-Rəmli, Şəmsəddin, Nihayətül-Möhtac ila Şərhil-Minhac, 3/150]
❤️ 👍 5

Comments