Azərbaycan Karate Federasiyası
Azərbaycan Karate Federasiyası
February 5, 2025 at 07:10 AM
*Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinin məlumatı:* Karateçilərimiz üzrə 52-ci Avropa çempionatında iştirak edəcək Azərbaycanın yeniyetmə və gənclərdən ibarət karateçiləri Polşanın Bielsko-Biala şəhərində 52-ci Avropa çempionatında iştirak edəcək. Yığma komandamız Avropa çempionatında 28 nəfərdən ibarət heyətlə baş məşqçi Anar Allahverdiyevin, məşqçilər Şahin Xudaverdiyev və İsmayıl Quliyevin rəhbərliyi altında kumite və kata növlərində mübarizə aparacaq. Bundan başqa, beynəlxalq dərəcəli hakimlərimiz Cahangir Babayev və Rənad Əliyev yarışda hakim qismində çıxış edəcəklər. Yığmamız yarışa Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Fəqan Səfərovun, Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadovun rəhbərliyi altında yollanıb. Qeyd edək ki, yarış fevralın 7-dən 9-dək davam edəcək.
Image from Azərbaycan Karate Federasiyası: *Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinin məlumatı:*  Kara...
👍 ❤️ 7

Comments