Azərbaycan Karate Federasiyası
Azərbaycan Karate Federasiyası
February 5, 2025 at 03:32 PM
Azərbaycanın 14-15 yaşlı yeniyetmə karateçiləri də artıq Polşanın Bielsko-Biala şəhərindədir. Qənbərov Vüsal (-52 kq), Qafarov Əliəşrəf (-57 kq), Qasımzadə Saleh (-63 kq), Dinç Murad (-70 kq), Səfərəliyev Raul (+70 kq), Babayev Akif (kata, Şəlalə Rüstəmova (kata və -47 kq kumite) üzrə ölkəmizi 52-ci Avropa çempionatında təmsil edəcəklər. Milli komandamız Avropa çempionatında ümumilikdə 28 nəfərdən ibarət heyətlə (karateçilər) baş məşqçi Anar Allahverdiyevin, məşqçilər Şahin Xudaverdiyev və İsmayıl Quliyevin rəhbərliyi altında kumite və kata növlərində mübarizə aparacaq. Karate üzrə Avropa çempionatı fevralın 7-dən 9-dək davam edəcək. Qeyd edək ki, yığmamız yarışa Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Fəqan Səfərovun, Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadovun rəhbərliyi altında yollanıb. #azerbaijankaratefederation #akfkarate #akfmətbuat #mysgovaz #gəncləri̇dman #birkimibirlikdə #bizbirlikdəgüclüyük
Image from Azərbaycan Karate Federasiyası: Azərbaycanın 14-15 yaşlı yeniyetmə karateçiləri də artıq Polşanın Biel...
👍 ❤️ 😂 10

Comments