Azərbaycan Karate Federasiyası
Azərbaycan Karate Federasiyası
February 5, 2025 at 04:32 PM
Azərbaycan Karate Federasiyasının vitse prezidenti Füzuli Musayev AKF -in nəzdində faəliyyət göstərən "Arpaçay Karate Klubu"nun sədri Yavər Hüseynovu və klubun baş katibi Vüqar Kərimovu qəbul edib. Görüş zamanı "Arpaçay Karate Klubu"nun 2025-ci il üçün tədbirlər planı, qarşıda keçiriləcək karate növləri üzrə festival, ustadların iştirakı ilə ölkə seminarı və eyni zamanda "Zeyd Döyüş Mərkəzi" nin karate üzrə kubok yarışı müzakirə edilib, müvafiq qərarlar qəbul olunub. AKF -in vitse-prezidenti Füzuli Musayev eyni zamanda federasiya nəzdində fəaliyyət göstərən "Star-Sport" idman klubunun sədri, məşqçi-müəllim Ruslan İsmayılovu qəbul edib. Klubun 2025-ci il üçün tədbirlər planı müzakirə edilib və vitse-prezident tərəfindən müvafiq tövsiyələr verilib. #azerbaijankaratefederation #akfkarate #akfmətbuat #mysgovaz #gəncləri̇dman #birkimibirlikdə #bizbirlikdəgüclüyük
Image from Azərbaycan Karate Federasiyası: Azərbaycan Karate Federasiyasının vitse prezidenti Füzuli Musayev  AKF...
👍 ❤️ 9

Comments