
Azərbaycan Karate Federasiyası
February 9, 2025 at 04:55 PM
*Karateçilərimiz Avropa çempionatından 3 medalla dönürlər*
7-9 fevral tarixlərində Polşanın Bielsko-Biala şəhərində karate (WKF / idman karatesi) üzrə yeniyetmə, gənclər və U21 yaş kateqoriyalarının 52-ci Avropa çempionatı başa çatıb.
AKF -in mətbuat xidməti məlumat verir ki, idmançılarımız nüfuzlu yarışdan 3 medalla dönür.
Azərbaycan milli komandası bir gümüş, iki bürünc medala sahib olub.
Milli komanda üzvlərindən Ələddin Məlikov (16-17 yaş / -68 kq) gümüş mükafata, Vüsal Qənbərov (14-15 yaş / -52 kq) və Əliəşrəf Qafarov (14-15 yaş / -57 kq) bürünc medallara yiyələnib.
Qeyd edək ki, milli komamdamız yarışa Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Fəqan Səfərovun, Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadovun rəhbərliyi altında yollanmışdır.
#azerbaijankaratefederation #akfkarate #akfmətbuat #mysgovaz #gəncləri̇dman #birkimibirlikdə #bizbirlikdəgüclüyük #poland #bielskobiala

👍
❤️
14