Azərbaycan Karate Federasiyası
Azərbaycan Karate Federasiyası
February 23, 2025 at 03:50 PM
Azərbaycan Karate Federasiyasının tədbirlər planına uyğun olaraq, AKF -in "Texniki və Məşqçilər Komitəsi"nin rəhbərliyi ilə növbəti dan-kyu test imtahanları keçirilmişdir. İmtahanlarda "Qaraqaplan" İK, "Atamov Karate Team" İK və "KWU-WFKF" birliyinin 100-ə yaxın üzvü iştirak etmişdir. İmtahanları AKF -in "Texniki və Məşqçilər Komitəsi"nin sədri, 8-ci dan qara kəmər, professor Əhməd Əfəndi qəbul etmişdir. Qeyd edək ki, imtahanların yekun qiymətləndirilmə protokollarına əsasən imtahandan müvəffəqiyyətlə keçmiş karateçilərə müvafiq kyu sertifikatları təqdim olunur. #azərbaycankaratefederasiyası #azerbaijankaratefederation #akfkarate #gəncləri̇dman #birkimibirlikdə #azerbaijan #bizbirlikdəgüclüyük
👍 🙏 3

Comments