
BAKU TV
February 27, 2025 at 03:31 PM
*Azərbaycan idman dünyasının əfsanəvi təmsilçisi Eduard Məmmədova vəzifə verilib*
Baku TV xəbər verir ki, o, Azərbaycan Kikboksinq Federasiyasına vitse-prezident və Bakı regionu üzrə nümayəndə təyin edilib.
Bu barədə Eduard Məmmədov fikirlərini bölüşüb:
“5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş Azərbaycan Kikboksinq Federasiyasının rəsmi tədbirində Azərbaycan Kikboksinq Federasiyasına vitse-prezident və Bakı regionu üzrə nümayəndə vəzifəsinə təyin edildiyim üçün başda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı və Azərbaycan Kikboksinq Federasiyasının fəxri Prezidenti cənab Adil Əliyevə, Federasiyanın Prezidenti Orxan Əliyevə öz minnətdarlığımı bildirirəm. Təyin olunduğum vəzifəni şərəf və ləyaqətimlə icra edəcəyimə inanıram”.
