Edumap.az Təhsil Portalı
Edumap.az Təhsil Portalı
February 20, 2025 at 08:51 AM
Avrora MMC SƏTƏM Mütəxəssisi vakansiyasını elan edir! Əsas vəzifə öhdəlikləri: -İş yerlərində əməyin mühafizəsi üzrə qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət etmək; -Yeni işə qəbul olunanlara, podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrlə əməyin mühafizəsi üzrə giriş,yanğın təhlükəsizliyi üzrə təlimatlandırmanın proqramını hazırlamaq və təlimat keçmək -Struktur bölmələrin rəhbərləri tərəfindən işçilərə ilkin,təkrar,cari,plandan kənar təlimatların vaxtlı-vaxtında keçirilməsini və müvafiq qeydiyyatların aparılmasını daim nəzarətdə saxlamaq -Fəhlə və qulluqçuların ,mühəndis texniki işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasını və və müvafiq qeydiyyatların aparılmasını daim nəzarətdə saxlamaq; -İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən istifadəsinə nəzarət etmək -SƏTƏM qaydalarına riayət edilməsinə nəzarət etmək üçün sahə monitorinqləri aparmaq və uyğunsuzluqların aradan qaldırılması üçün müvafiq göstərişlər vermək; -Tullantıların idarə olunmasına nəzarət prosesində iştirak etməlidir. -Sahələrin və iş yerlərinin plakatlarla, təhlükəsizlik və xəbərdaredici nişanlarla və digər təbliğat vasitələri ilə təmin etməlidir -Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak etməlidir; -Şirkətin SƏTƏM üzrə risk qiymətləndirmələrini mütəmadi nəzərdən keçirmək və əməl olunmasına nəzarət etmək -Obyektlərdə elektrik sistemlərinin daim saz vəziyyətdə olmasına və sınaqların edilərək aktlaşdırılmasına nəzarət etmək -Yanğından mühafizə sistemlərinin ( hydrant,daxili yanğın su kranı,sprinkler,xəbərverici qurğular,ilkin odsöndürən balonlar və s. ) daim saz vəziyyətdə olmasını daim yoxlamaq,zəruri tədbirlər görmək Tələb olunan bilik və bacarıqlar: -Problem həll etmə bacarığı və detallara diqqət; -Təqdimetmə bacarığı; -İSO 9001:2015, İSO 14001:2015, İSO 45001:2018, IOSH üzrə məlumatlılıq; -Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür; -Microsoft Office proqramı üzrə biliklər; Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri: Təhsil: Ali təhsil (Texniki sahə üzrə və ya Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi) İş təcrübəsi: sahə üzrə min. 3 il iş təcrübəsi İş şərtlərimiz: - İş qrafiki: Tam iş günü (5 gün); - İş saatları: 09:00-18:00; - İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C. Biz nə təklif edirik: -Əmək bazarında rəqabətli əməkhaqqı; -Peşəkar komanda mühiti; -Təlim və inkişaf imkanları; -Nahar şirkət tərəfindən təmin olunur. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “SƏTƏM mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Comments