Edumap.az Təhsil Portalı
Edumap.az Təhsil Portalı
February 24, 2025 at 09:09 PM
Şagirdlər Niyə Repetitor Yanına Gedirlər? – Araşdırma Sorğusu Bu sorğu, şagirdlərin niyə repetitor yanına getdiyini araşdırmaq məqsədi ilə təşkil olunur. Son dövrlərdə məktəb təhsili və repetitorluq münasibətləri cəmiyyətin diqqət mərkəzindədir. Elm və Təhsil naziri Emin Əmrullayevin 6 fevral 2025-ci il tarixində verdiyi açıqlamaya əsasən, məktəbdə öz şagirdinə dərs deyən müəllimin həm də onun repetitoru olması peşə etikasından uzaq bir hal kimi qiymətləndirilir. Nazir bildirir ki, repetitorluq valideynin seçimidir, lakin bu seçimin arxasında fərqli səbəblər dayanır: məktəbdə tədrisin keyfiyyətsizliyi, ali məktəbə hazırlıq ehtiyacı və ya sadəcə valideynin övladının vaxtını səmərəli idarə etmək istəyi. Sorğunun nəticələri şagirdlərin repetitor yanına getmə səbəblərini dəqiq öyrənməyə, təhsil prosesindəki boşluqların müəyyən edilməsinə və bu istiqamətdə effektiv təkliflər irəli sürməyə yardımcı olacaq. Sizdən bu sorğuda aktiv iştirak etməyi xahiş edirik. Öncədən vaxt ayırdığınız üçün təşəkkür edirik! Qeyd: Sorğuda heç bir şəxsi məlumat tələb edilmir! * Valideynlər üçün: https://lnkd.in/gFzKw-yy Müəllimlər üçün: https://lnkd.in/gxykdPtB

Comments