
Məna Aləmi
February 2, 2025 at 08:52 AM
Bu gün Peyğəmbərimizin sevimli nəvəsi, İmam Əlinin (ə) və Peyğəmbərin qızı Fatimənin (ə) oğlu, müsəlmanların 3-cü imamı Həzrət Hüseynin (ə) mövlud günüdür.
İmam Hüseyn (ə) hicrətin 4-cü ilində Şaban ayının 3-də Mədinə şəhərində dünyaya göz açıb.
İmam (ə) ömrünün altı ilini babası Peyğəmbər (s) ilə keçirib. Həzrət Peyğəmbərin (s) vəfatından sonra isə otuz il atası Həzrət İmam Әli (ə) ilə yaşayaraq onun bütün dərdlərinə, çətinliklərinə şərik olub və həmişə atasını müdafiə edib. Atasının şəhadətindən sonra qardaşı İmam Həsənə (ə) beyət edib, onu rəhbər və imam kimi qəbul edib.
İmam Həsən (ə) Müaviyə tərəfindən şəhid edildikdən sonra İmam Әlinin (ə) 46 yaşında olan ikinci oğlu İmam Hüseyn (ə) xəlifəlik və imamət məqamına yetişib. Lakin İmam Hüseyn (ə) ilə əshabı hicri 61-ci ilin Məhərrəm ayının 10-da Kərbəla adlanan yerdə Yezid qoşunu tərəfindən şəhid edilirlər.
Abunə olun: https://whatsapp.com/channel/0029Va8chnJ1iUxgIcEiEE43
❤️
💜
🙏
🩷
10