EduOnline.Az - Onlayn Kurs, Təhsil, Tədbir və İnkişaf Portalı
EduOnline.Az - Onlayn Kurs, Təhsil, Tədbir və İnkişaf Portalı
February 26, 2025 at 01:59 PM
*Sərgilərə getməyi sevənlər bu sərgiyə də baş çəkə bilər*😍 🖼️🎨 🆓 Giriş sərbəstdir ✅ PLENERLƏRDƏ YARADILMIŞ ƏSƏRLƏR XƏTAİ SƏNƏT MƏRKƏZİNDƏ SƏRGİLƏNƏCƏK Azərbaycan Rəssamlar İttifaqının üzvləri-Əbdüləmi Əliyev, Süleyman Hüseynov ,Əmrah Mədətov və Sabbar Manafov son bir il ərzində Abşeronunun müxtəlif güşələrində silsilə plenerlərə çıxmış və fərqii məkanlarda etüdlər etmişlər. Ərsəyə gəlmiş etüd əsərlər Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ,Xətai Sənət Mərkəzinin təşəbbüsü və təşkilatçlığı ilə 3-4-5 mart tarixlərində Xətai Sənət Mərkəzində sərgilənəcək. Sərgi 3 mart 2025-si il saat 17:00 açılacaq. Sərgidə 4 rəssamın yağlı boya və akvarel texnikalarında ümumilikdə 60-a yaxın etüd əsərinin sərgilənməsi nəzərdə tutulmuşdur. Məqsəd rəssamlarımızı plenerə çıxmağa təşfiq etmək, həmçinin, təsviri sənət həvəskarlarına təbiətin canlı rənglərini rəsm əsərlərində göstərməkdir. Həmçinin,sərgidə rəssamın özündən əsər əldə etmək olar. Sənətsevərləri sərgini seyr etməyə dəvət edirik. Giriş sərbəstdir. 🔴✅👇🏻Digər belə faydalı elanlardan xəbərdar olmaq üçün bizə qoşula bilərsiniz.👇🏻 🟢WhatsApp Kanalımız: https://whatsapp.com/channel/0029VaCpVIEAjPXJt7vv8k1e 🟩WhatsApp Qrupumuz: https://chat.whatsapp.com/GUebHkikxWT9NTIMexy2eo

Comments