Adamlar Sports
Adamlar Sports
February 7, 2025 at 07:32 AM
🎙 Qarabağ klubunun baş məşqçisi Qurban Qurbanov: 🗣 "Kady Borges transferi məcburiyyətdən atılan addım idi? Yox. Əlimizdə belə bir şans oldu, biz də istifadə etdik. Son gündə danışıqlar getdi. Ondan əvvəl Julio Romao`ya bir neçə dəfə təklif gəlmişdi. Ferencvaros danışıq əsnasında belə bir variant dedi, biz də razılaşdıq. Lazımlı oyunçudur, komandamıza gəlməsi bizim üçün xoşdur. ❓Jurnalist: "Keçmiş oyunçularınızı yenidən qaytardığınıza görə bəzən qınanırsınız. Bu tendensiya nədən irəli gəlir?" 🗣 Qurban Qurbanov: "Qınanmağıma heç bir reaksiya vermirəm. Hər insan öz fikrində azaddır. Buradan gedən futbolçuların 80 faizinin getməsini istəməmişəm. Klubun gəlirlərini düşünərək bəzilərinin qarşısını kəsmirik. Geri dönmələrinə gəldikdə, onlar zatən bizim güvəndiyimiz futbolçulardır. Onların geri dönmək şansı olanda komandaya uyğunlaşdırmaq mənim üçün asan olur". © Sportal #adamlarsports
❤️ 1

Comments