Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
March 1, 2025 at 10:34 AM
😍📚 Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən növbəti “Oxu, qazan!” müsabiqəsinin qalibləri müəyyənləşib.
Azərbaycanlı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas Cəfər Cabbarlının “Vəfalı Səriyyə”, "Solğun çiçəklər", "Nəsrəddin şah" və "Ulduz" əsərlərindən verilən suallara ən çox doğru cavab verən Elmir Mirhüseynzadə birinci, Toğrul Babazadə ikinci, Emil Əkbərli üçüncü yerin qalibi olublar. Qaliblər müvafiq olaraq “Apple iPad” planşeti, “Honor” smartfonu və "Huawei" simsiz qulaqcıq qazanıblar.
Qeyd edək ki, budəfəki yarışda eyni anda 474 nəfər qələbə uğrunda mübarizə aparıb.
👏Qalibləri təbrik edirik!
#birkimibirlikdə #oxuqazan