
Kürd Media Mərkəzi / Kurdish Media Center
February 1, 2025 at 04:20 PM
KÜRDÜSTANDA ƏL-QAİDƏ TERRORUNUN QURBANLARI YAD EDİLİR - VİDEO
Kürdüstanın paytaxtı Ərbil şəhərində 1 fevral 2004-cü ildə baş verən kamikadze hücumlarında şəhid olan terror qurbanları yad edilib. Sami Əbdurrəhman parkında yerləşən 1 fevral şəhidləri abidəsinin qarşısında keçirilən anım tədbirində Kürdüstanın Baş naziri Məsrur Bərzani, Kürdüstan Prezident Administrasiyasının nümayəndəsi Fəvzi Həriri və başqa dövlət xadimləri, eləcə də bəzi xarici ölkələrin səfirləri iştirak ediblər. Sükut duruşundan sonra Baş nazir abidəyə çələng qoyaraq şəhidlərin ruhuna dua edib.
1 fevral 2004-cü ildə baş verən terror aktı zamanı Ərbil şəhərində yerləşən Kürdüstan Demokratik Partiyası və Kürdüstan Vətənpərvərlər Birliyinin partiya binalarına eyni vaxtda Əl-Qaidəyə mənsub iki kamikadze hücum edərək partlayış törədib. Nəticədə 103 nəfər şəhid olub, 246 nəfər yaralanıb. Əl-Qaidə terror təşkilatı məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.
❤️
😢
2