
Kürd Media Mərkəzi / Kurdish Media Center
February 21, 2025 at 01:11 PM
"DİPLOMAT" QƏZETİNİN OXUYUCULARI ÜÇÜN YENİ XƏBƏR
Azərbaycanda çap olunan kürd qəzeti olan "Diplomat" qəzeti həftəlik buraxılışdan aylıq buraxılışa keçid edir. Bu barədə qəzetin təsisçisi və baş redaktoru Tahir Süleyman Kürd Media Mərkəzinə bildirib.
"2003-cü ildə bu qəzeti təsis etdim və bu günə qədər elə bir həftə olmayıb ki, qəzetin buraxılışı olmasın. Uzun müddətdir, bu işi tək və öz xərclərim hesabına aparıram. Ancaq görürəm ki, mümkün deyil. May ayında 70 yaşımı tamam etdim. Səhhətim qaydasında deyil. Tək başına kompyuter arxasında işləyə bilmirəm. Maddi imkanlarım səhhətimin yaxşılaşmasına güclə yetir. Ona görə də qəzetin səhifələrini azaltmağı və qəzeti həftədə deyil, ayda bir dəfə buraxmağı qərara aldım." - deyə Tahir Süleyman bildirib.