Kürd Media Mərkəzi / Kurdish Media Center
Kürd Media Mərkəzi / Kurdish Media Center
February 25, 2025 at 05:39 PM
Bu gün Azərbaycanda Novruz bayramına qədərki çərşənbələrdən birincisi olan - Su çərşənbəsi qeyd edilir. Adətə görə hələ səhər erkəndən əraziyə yaxın bulaq varsa səhənglə su doldurmağa gedərlər. Səhərin açılan vaxtı axar suyun üzərindən hoppanarlar. Bayram süfrəsinə mütləq su qoyular. Əgər su aşıb masaya dağılarsa, bu bərəkət rəmzi sayılar. İnsanlar bir-birilərinə "İşin su kimi getsin! Su kimi axarlı olsun!" deyərlər. Axşam günəş batarkən Novruzun ilk tonqalı qalanar. Su çərşənbəsində qalanan tonqal buzların əriməsini və təbiətin canlanmasını əks etdirir. Novruz (Nəvruz) sözü kürd dilindədir. Kürd dilində "nəv" sözü yeni, "ruz" sözü isə gün, gündüz mənalarını verir. Kürd xalqının inancında 21 mart tarixi ilin başlanğıcı sayıldığı üçün bu günə Novruz adı verilmişdir

Comments