
Baku.Xəbər.Az
February 24, 2025 at 07:08 AM
🚌AYNA: Qeyri-sabit hava şəraiti ilə bağlı sərnişindaşıma gücləndirilmiş rejimdə davam edir
Ölkədə qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşıma sahəsində gücləndirilmiş iş rejimi tətbiq edilib. AYNA-nın Monitorinq Mərkəzi yollarda avtobusların hərəkətinə nəzarət edir, marşrutlar üzrə daşımalar davam etdirilir.
Paytaxtın bəzi qəsəbələrarası yollarında buzlaşma səbəbindən avtobusların hərəkətində çətinliklər yaranıb, intervallarda artım müşahidə edilə bilər. Sərnişinlərdən müvəqqəti çətinliklərə anlayışla yanaşmaları xahiş olunur.
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvan, Laçın, İsmayıllı və Qəbələyə reyslər müvəqqəti təxirə salınıb. Qusar istiqamətində reyslər yalnız Qubayadək icra olunur. Bu istiqamətlərdə reyslərin bərpası barədə əlavə məlumat veriləcək.
✍️ Baku.Xəbər.Az: