Orxan Bayramov Maths ✅
Orxan Bayramov Maths ✅
February 25, 2025 at 07:10 PM
*Xocalı Soyqırımı – Unudulmayacaq Faciə* 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda insanlıq tarixinin ən qanlı faciələrindən biri yaşandı. Günahsız qadınlar, uşaqlar və qocalar amansızcasına qətlə yetirildi. 613 nəfər şəhid oldu, yüzlərlə insan yaralandı, minlərlə soydaşımız əsir götürüldü və izsiz itkin düşdü. Bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş bir cinayətdir. Biz Xocalını unutmadıq və unutmayacağıq! Günahsız qurbanların xatirəsi daim qəlbimizdə yaşayacaq. #xocalı #justiceforkhojaly #unutmadıq
😢 ❤️ 🙏 👍 😂 😮 160

Comments