"Student News" Təhsil Portalı
February 19, 2025 at 05:19 PM
*Attestatı itmiş şəxs nə etməlidir❓*
📄Ümumi orta təhsil haqqında attestatı və tam orta təhsil haqqında attestatı itirən şəxs ərizə ilə ümumi təhsil müəssisəsinin direktoruna müraciət etməlidir.
📰Ərizəyə sənədin axtarışda olması barədə məlumat və “Azərbaycan müəllimi” qəzetində verilən elan əlavə olunur.
📝Elanda şəxsin soyadı, adı, atasının adı, ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın adı, seriyası və nömrəsi, onu verən ümumi təhsil müəssisəsinin adı və verilmə tarixi göstərilir.
©️Ümumi təhsil müəssisəsi həmin ərizəyə əsasən ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın dublikatını verir.
❗️Bu qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə təsdiq edilmişdir.
© whatsapp.com/channel/0029VaCvAeaAjPXRpGNhLB1e
❤️
🙏
2