
"Student News" Təhsil Portalı
February 20, 2025 at 10:34 AM
Bəzi sosial şəbəkə hesablarında Gəncə Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Region Kollecinin yeni təyin olunmuş direktor müavininin təhsil müəssisəsindəki bufetlərdən birini bağladığı və eyni zamanda tələbələrə müəyyən qadağalar tətbiq etdiyi iddia olunur.
Məsələ ilə bağlı təhsil müəssisəsinə sorğu ünvanladıq. Məktəbin direktoru vəzifələrini müvəqqəti icra edən direktor müavini Xoşqədəm Xudiyeva bildirdi ki, bağlanan bufetdə satılan qidalar sanitar-gigiyenik normalara uyğun olmayıb və sağlamlığa zərər verə biləcəyi üçün bu addım atılıb. Onun sözlərinə görə, rəhbərliyin əsas prioriteti tələbələrin sağlamlığını qorumaq və eyni zamanda təhsilin keyfiyyətini yüksəltməkdir.
Bundan əlavə, rəhbərlik qeyd edib ki, tələbələrə başqa hər hansı bir qadağa tətbiq olunmayıb. Həmçinin, tələbələrin daha yaxşı şəraitdə təhsil alması üçün müxtəlif yeniliklərin həyata keçirilməsi planlaşdırılır.
*"Student News" Təhsil Portalı*
© whatsapp.com/channel/0029VaCvAeaAjPXRpGNhLB1e
👍
🥴
2