Naxçıvan MR Səhiyyə Nazirliyi
Naxçıvan MR Səhiyyə Nazirliyi
February 21, 2025 at 03:32 PM
🚑Təcili tibbi yardım briqadası, muxtar respublikanın ucqar dağ kəndlərindən gələn hər bir çağırışa sürətli və operativ şəkildə cavab verir. Çətin qarlı hava şəraitində və ağır yol şərtlərində belə, briqadalar heç bir maneəyə baxmayaraq, hadisə yerinə vaxtında çatır və həyat xilas etmək üçün əllərindən gələni əsirgəmirlər. Onların yüksək peşəkarlığı və fədakarlığı sayəsində, dağ kəndlərində yaşayan və tibbi yardıma ehtiyacı olan hər kəs vaxtında və keyfiyyətli yardım alır. Bu gün Şahbuz rayonunun Biçənək kəndində yaşayan, sidik kisəsinin bədxassəli törəməsi xəstəliyindən əziyyət çəkən 1973-cü il təvəllüdlü Rəhimov Famil Rəhim oğlu, halının pisləşməsi ilə bağlı Təcili Tibbi Yardım Xidmətinə müraciət edib. Təcili yardım briqadası, çətin hava şəraitinə baxmayaraq, yüksək peşəkarlıq və sürətlə çağırış ünvanına çatıb. Xəstəyə lazımi tibbi müdaxilələri vaxtında edərək, onun vəziyyətini stabilləşdirib və həyati təhlükə qarşısında effektiv müdaxilə göstəriblər.
🙏 ❤️ 3

Comments