Naxçıvan MR Səhiyyə Nazirliyi
Naxçıvan MR Səhiyyə Nazirliyi
March 1, 2025 at 07:11 AM
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Qan Bankı, muxtar respublikanın tibb müəssisələrində qana olan tələbatı qarşılamaq üçün donor vətəndaşların dəstəyi ilə fasiləsiz xidmət göstərir. Bu mühüm səhiyyə qurumu, ehtiyacı olan xəstələrə vaxtında və təhlükəsiz qan çatdırmaq məqsədilə mütəmadi olaraq donor aksiyaları təşkil edir, əhalini könüllü qanvermə mədəniyyətinə təşviq edir. Naxçıvan Muxtar Respublikası Qan Bankı və Qanköçürmə Mərkəzinin həkimi Məmmədəli Həsənov bu haqda ətraflı məlumatlar verir.

Comments