
İ𝐒𝐋𝐀𝐌 𝐀Şİ𝐐𝐋Ə𝐑İ 𝟑𝟏𝟑♥️🕋
February 13, 2025 at 02:34 PM
*✨Nimeyi-Şəban (“Bəraət”) gecəsi Qədr gecəsindən sonra ən fəzilətli gecədir.*
Bu gecə əsrin Sultanı əziz İmamımız Məhdi (ə.f) mövlud gecəsidir ki, Yer üzünü ədalətə bürüyəcək və hər yeri napak insanlardan pak edəcəkdir. Bu gecənin əməllərindən biri budur ki, insan bu gecə dünya nemətlərinə gözünü bağlasın və belə fərz etsin ki, dünya ilə xudahafizləşir. Bu gecənin başqa əməlləri - müstəhəb namazlardır. Ən birinci duamız İmam Zamanın (ə.f) salamatçılığı və zühurunun tezləşməsi üçün olsun.
• İmam Cəfər Sadiqdən (ə) rəvayətdir ki, İmam Baqirdən (ə) Nimeyi-Şəbanın fəzilətləri barədə soruşdular, İmam buyurdu: "Bu gecə Qədr gecələrindən sonra ən fəzilətli gecədir. Bu gecədə Allah bəndələrinə öz fəzlini əta edər və onları öz kərəmi ilə bağışlayar. Bu gecədə Allaha yaxınlaşmaq üçün səy və təlaş edin. Məhz bu o gecədir ki, Allah öz müqəddəs zatına and içib ki, heç bir istəyəni öz dərgahından əliboş qaytarmayacaq.
❤️
2