İ𝐒𝐋𝐀𝐌 𝐀Şİ𝐐𝐋Ə𝐑İ 𝟑𝟏𝟑♥️🕋
İ𝐒𝐋𝐀𝐌 𝐀Şİ𝐐𝐋Ə𝐑İ 𝟑𝟏𝟑♥️🕋
February 13, 2025 at 02:35 PM
*☘️ Bu gecənin əməlləri ☘️* 1• Qüsl almaq. (Bu gecə qüsl etmək günahların yüngülləşməsinə səbəb olar). 2• Bu gecəni namaz qılmaqla, dua və istiğfar etməklə əhya saxlamaq. 3• İmam Hüseynin (ə) ziyarəti. Üstü açıq dama çıxıb, sağ və sol tərəfə baxdıqdan sonra, başı göyə tərəf tutub bu kəlmələrlə İmam Hüseynə (ə) salam etmək lazımdır: "Əssəlamu ələykə, yə Əba Əbdillah. Əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh". Harada olmağından asılı olmayaraq, hər kim bu qayda ilə İmam Hüseyni (ə) ziyarət etsə, onun üçün Həcc və ümrənin savabı yazılar. 4• "Kumeyl" duasını oxumaq. 5• Aşağıdakı zikrlərin hər birini yüz dəfə demək: «Subhənəllah», «Əlhəmdulilləh», «Əllahu əkbər», «Lə iləhə illəllah». 6• Quran oxumaq. Xüsusi ilə 3 dəfə “Ya sin” surəsinin oxunması tövsiyə olunur. Bu əməl gələn il müddətində fəqirlik, bəla və xəstəlikləri dəf edər, ömrü uzadar. 7• Cəfər Təyyarın namazını qılmaq. 8• Şaban ayının salavatı: "Əstəğfirullahə və əsəluhut-təubə". 9• İki rəkət namaz (1-ci rəkətdə "Həmd"+ "Kafirun", 2-ci rükətdə "Həmd" + "İxlas"). Namazdan sonra deyilir: "Subhənallah" 33 dəfə, "Əlhəmdulillah" 33 dəfə, "Allahu Əkbər" 34 dəfə. Səcdədə bu duanı oxumaq: "Səcədə ləkə səvadi və xəyali və amənə bikə fuadi hazihi yədayə vəma gənəytuhu əla nəfsi, ya əzimu turcali kuli əzim, iğfirliyəl əzim vəinnəhu la yəxfiruz-zəmbəl əzimə illər-rəbbul əzim". Səcdədən qalxaraq yenidən səcdəyə getmək və demək: "Əuzu binnuri vəchikəlləzi əzaət ləhus səmavatu vəl ərəzun vəl kəşəfət ləhuz zulumat və sələhə əleyhi əmrul əvvəlin vəl axirin min fucəti nəqimətik və min təhvili afiyətik və min zəvali nemətik. Allahummərzuqni qəlbən təqiyyən nəqiyya və minəşşirki vəla kafirən və la şəqiyyən". Sonra sağ üzünü, sonra sol üzünü möhürə qoyub deyirsən: "Əffərtu vəchi fitturab və nuqqəli ən əscudulək". 10• Peyğəmbərin (s) bu gecədə oxuduğu dua: İlahi, bizə bizimlə Sənə itaətsizlik arasında fasilə yaradacaq qədər qorxunu (xof məqamını), bizi Sənin razılığına çatdıracaq qədər itaətini və dünyanın müsibətlərini bizə asanlaşdıracaq qədər yəqin nəsib et! İlahi, bizi yaşadığımız vaxta qədər qulaqlarımız, gözlərimiz və qüvvətimizlə faydalandır, onu bizim varisimizə ver, qanımızı bizə zülm edənlərin boynuna at, bizə bizimlə düşmənçilik edənlərə qarşı yardım et, müsibətimizi dinimizdə, dünyanı ən böyük kədərimiz və elmimizin son həddi qərar vermə, bizə rəhmət etməyənləri bizə hakim etmə! Sənə and veririk Öz rəhmətini, ey rəhimlilərin ən rəhimlisi! Bu çox kamil duadır. Bunu başqa vaxtlarda da oxumaq qənimətdir. 11• Bu gecədə 3 dəfə Yasin surəsi oxumaq, sağlamlıq, uzun ömür və ruzi üçün.  12• Ali-Yasin ziyarətnaməsi oxumaq 13• Cəfər-Təyyar namazını qılmaq 14• Yüz rəkətli namaz (hər rəkətdə "Həmd" + 10 "ixıas
❤️ 2

Comments