
İ𝐒𝐋𝐀𝐌 𝐀Şİ𝐐𝐋Ə𝐑İ 𝟑𝟏𝟑♥️🕋
February 15, 2025 at 09:32 AM
*1-ci dərs*
Bismilləhir-Rahmənir-Rahim.
🔹 İslamın 5 şərti var: Kəlimeyi-şəhadət, namaz, oruc, həcc, zəkat.
🔹 İmanın 6 şərti var: Allaha inanmaq, mələklərə inanmaq, kitablara inanmaq, Peyğəmbərlərə inanmaq, axirət gününə inanmaq, qədərə inanmaq.
🔹 *Əhkamın tə'rifi:* Şər'i hökmlərə, Allah tərəfindən insanların öz həyatlarını tənzim etmək üçün qoyulmuş qayda-qanunlara «Əhkam» deyilir.
🔹 İslam dini 3 mühüm sahəyə ayrılır: Üsuliddin, Firuiddin, Əxlaq. Bu sahələr ümumilikdə «Fiqh» adlanır: Böyük fiqh-Üsuliddin, Orta fiqh-Əxlaq, Kiçik fiqh-Firuiddin. *«Fiqh»* sözü ”dərindən anlamaq, başa düşmək” deməkdir.
*1. Böyük fiqh-Üsuliddin:* dinin kökü, əsaslarıdır, dinin sütunlarından birincisidir, yəni Əqaid. Bu sahə insanların əqli və psixoloji düşüncələrinin islah olunması üçün nəzərdə tutulub. Birbaşa əqidə məsələsi olduğuna görə təqlid etmək olmaz. Hər bir müsəlman öz yəqinliyi əsasında iman gətirməlidir, yəqinlik də əqli dəlil-sübutla əldə olunmalıdır. Kök və bünovrə mənziləsindədir, mənbəyi və məxəzi ağıldır.
🔹Üsuliddin, dinimiz 5 əsas üzərində qurulub: Tovhid, Ədl, Nübuvvət, İmamət, Məad.
*Tovhid:* Allah təkdir. Allahın varlığına, təkliyinə inanc. Allahı zatında və sifətində yeganə bilmək və Ona şərik qoşmamaq. *Ədl:* Allah ədalətlidir, Rəbbin ədalətinə inanc. *Nübuvvət:* 124 000 peyğəmbər (ə.s) haqdır. Bizi doğru yola hidayət etmək və doğru yolu göstərmək üçün göndərdiyi peyğəmbərlərə inanc. Hz.Adəmdən (əs) sonuncu peyğəmbər Hz.Muhəmmədə (s) qədər, 124 000 peyğəmbərin haqq olmasına inanmaq və onları təsdiq etmək. *İmamət:* 12 İmam (ə.s) haqdır. Peyğəmbərdən sonra onun gətirdiyi dini qoruyub, ondan sonrakı ümmətdən Qiyamətə qədər çatdırmaq üçün təyin etdiyi, İslam Peyğəmbərinin (s) haqq canişinləri olan 12 İmama (ə.s) inanmaq və onları təsdiq etmək. *Məad:* Ölümdən sonrakı həyata inanc.
*2. Orta fiqh-Əxlaq:* İnsanların psixoloji rəftarları, davranışları və ruhunun islahından bəhs edir. İnsanın daxili çehrəsinin nümayişidir. İnsanda pis xulqlar varsa, bunları aradan qaldırmağın, yaxşı xulqlar varsa, bunları gücləndirməyin yollarını göstərir. Yəni, məkarul-əxlaqa yiyələnmək.
*3. Kiçik fiqh-Firuiddin:* Əməli, yəni insanın Allaha itaət etmək məqsədi ilə bir sıra işlər və qayda-qanunlarıdır. İnsan bəzi işlərə əməl etməli, bəzilərindən çəkinməlidir ki, öz Rəbbinə yaxınlaşsın. Firuiddinin mənbəyi və məxəzi Qurandır, Allahın bizə vacib buyurduğu əməllər, şər'i vəzifələrimiz. Buna görə də firuiddində təqlid etmək vacibdir. 🔹Firuiddin 10-dur: Namaz, oruc, xums, zəkat, həcc, cihad, əmr be-mə'ruf, nəhy əz-munkər, təvəlla, təbərra.
*Namaz:* İslam dininin sütunlarındandır. İslamın şərti olduğuna görə hər bir müsəlmana vacibdir. İnsanların günah işlərdən uzaqlaşması, onun qıldığı namazdan aslıdır. Əgər namazımız səhih olarsa, digər əməllərimiz də qəbul olacaq. *Oruc:* İslamın 5 şərtindəndir. Allahın ilk insandan bu günə kimi Quranda əmr etdiyi ibadətlərdən biri də oruc tutmaqdır. Təklifə çatmış hər bir müsəlmana namaz və oruc vacib olar. *Xums:* il ərzində insan gəlirinin, qazancının beşdə birini ayırıb, müəyyən olunmuş yerlərə, əsasən dinə faydalı yerlərə vermək. *Zəkat:* İslamın 5 rüknlarından (şərtindən) biridir. Quranda buyurulan, toplanma qaydası və həcmi şəriət qanunları ilə müəyyənləşdirilmiş dini vergi. Bir şəxs ildə bir dəfə ona vacib olan zəkatını verməklə malını təmizləyir. Xristianlıqda buna bənzər şər'i vergi desyatin adlanır. Nəzəri cəhətdən bu vergi icmanın ehtiyaclarına sərf olunur və yoxsul müsəlmanlar arasında bölüşdürülür, yəni fəqirin malıdır. *Həcc:* Bəlli vaxtlarda, bəlli şərtlər daxilində ömründə bir dəfə Kəbəni ziyarət etmək. Həcc imkanımız daxilində (sağlamlıq və maddi) bizə vacibdir. *Cihad:* Allah yolunda cihad etmək, islam dininin vacib əməllərindəndir. Bu savaşda məqsəd, haqq ayinlərinin kafirlərə qəbul etdirilməsi, İslam hakimiyyətinin bərpasıdır. Cihad hər insana vacib olmaz. Müəyyən dönəmdə, müəyyən şəxslərə, müəyyən şəraitdə vacib olar. *Əmr be-mə'ruf:* Dinin ən böyük vacibatlarındandır. Quran mənşəli bir sözdür. Hər bir müsəlmanın dini bacı və qardaşlarını, öz ailəsini vacib əməllərə və xeyir işlərə dəvət etməsi. *Nəhy əz-munkər:* Dinin ən böyük vacibatlarındandır. Quran mənşəli bir sözdür. Hər bir müsəlmanın öz ailəsini, dini bacı və qardaşlarını qadağan və haram olan işlərdən çəkindirməsi. *Təvəlla:* Yaxınlıq, dostluq mənasındadır. Allaha inananları, iman gətirənləri, Allah dostlarını dost tutmaq. *Təbərra:* Üz çevirmək, rədd etmək mənasındadır. Allahın dininə zərər vurmaq istəyənlərdən, İslama dil uzadanlardan uzaq olmaq və Allahın düşməni ilə düşmən olmaq.
🔹 *Əhkamın 5 növü var:*
1. Vacib: bu əməlləri icra etmək vacibdir. Tərk etməyin isə cəzası vardır. Məs: namaz, oruc, hicab, xums və s.
2. Haram: bu əməlləri icra etmək bizə qadağandır. Tərk etməyin savabı, icra etməyin cəzası vardır. Məs: yalan danışmaq, oğurluq, zina, böhtan, qeybət və s.
3. Müstəhəb: bu əməlləri icra etməyin savabı var, tərk etməyin günahı yoxdur. Məs: gecə namazı, sədəqə vermək, ayaqyoluna sol ayaqla daxil olmaq və s.
4. Məkruh: bu əməlləri tərk etsək savabı, icra etsək günahı yoxdur. Bəyənilməyən əməllərdir. Məs: təxəlli zamanı ayaqyolunda çox oturmaq, heyz halında başa xına çəkmək, yeməyi üfürərək yemək və s.
5. Mübah: bu əməlləri tərk etmək və icra etmək eynidir. Nə savabı var nə günahı. Məs: yol getmək, oturmaq və s.
❤️
👍
5