
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
February 5, 2025 at 01:38 PM
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Özünüməşğulluğun təşkili və peşə hazırlığı şöbəsi” tərəfindən peşəyönümü məsləhət xidməti çərçivəsində Culfa şəhər 3 nömrəli və Yaycı kənd 1 nömrəli tam orta məktəblərində təhsil alan şagirdlərin ixtisas seçimi və karyera planlaması mövzularında tədbir keçirilib. Tədbir çərçivəsində 175 nəfər 5-7-ci sinif şagirdləri, 130 nəfər 8-11-ci sinif şagirdləri olmaqla, ümumilikdə 305 iştirakçı ixtisas seçimi və karyera planlaması mövzusunda maarifləndirilib, ixtisas seçimi ilə bağlı sualları cavablandırılıb.
#nmrəəsmn
#dma
#peşəyönümü
👍
❤️
71