
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
February 14, 2025 at 12:16 PM
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyinin təşkilatçılığı ilə Agentliyin “Çətin həyat şəraitində olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsi”ndə humanitar tibbi aksiya keçirilib. Tibbi aksiyada Şahbuz Rayon Mərkəzi Xəstəxanasından və TMİB-in tabeliyindəki digər xəstəxanalardan dəvət olunmuş ixtisaslı həkim heyəti iştirak edib. Ayrı-ayrılıqda stomatoloq, oftalmoloq, nevropatoloq, lor, cərrah və digər ixtisaslı həkimlər tərəfindən 11 adda müayinələr aparılıb, müayinə nəticələrinə uyğun olaraq müalicələr təyin edilib. Aksiyanın keçirilməsində məqsəd müvafiq kateqoriyadan olan şəxslərin sağlamlığının qorunması, kompleks şəkildə bütün növ tibbi xidmətlərdən yararlanmasını təmin etməkdir.
#nmrəəsmn
#tibbiaksiya
👍
❤️
71