Unibank
Unibank
February 18, 2025 at 06:02 AM
Hər yalançını evinə qədər qova bilməsək də, kart məlumatlarını dələduzlardan qorumaq olar.🤫 Diqqətli ol‼️ Aşağıdakı tövsiyələri hardasa qeyd et ki, yadından çıxmasın: 🚫Kart nömrələrini və CVV kodu heç kəsə demə; 🚫Mobil nömrənə SMS ilə gələn 3D Secure kodu heç kəsə vermə. Həmin SMS mətnindəki ticarət məntəqəsinin adı və məbləğ sənin ödəniş etdiyin vebsayt və məbləğlə üst-üstə düşməlidir; 🚫Kartda olan pulları digər hesaba köçürməyi təklif edən şəxsə imtina et; 🚫Sosial mediada yalnız və yalnız Unibankın mavi nişanlı səhifələrini izlə; 🚫Sosial şəbəkələrdə şübhəli şəxslər tərəfindən gələn kredit, kart sifarişlərinə aldanma; 🚫Bank adından zəng belə gəlsə, kart məlumatlarını vermə. Bank əməkdaşı heç vaxt kart məlumatlarını istəmir!
❤️ 👍 4

Comments