
AzVak.az
February 21, 2025 at 11:35 AM
Lombard Mütəxəssisi tələb olunur
İşəgötürən: Milli Lombard
Əmək haqqı: 400-1000 AZN + motivasiya (əmək haqqının 2 misli qədər)
İş yeri: Bakı şəhəri, Qara Qarayev metrosu
İş rejimi: Həftəiçi 5 gün, 09:00 - 18:00
Yaş həddi: 21-40 qadın və kişi namizəd
Əsas vəzifələr:
Müştərilərə kredit məhsulları haqqında məlumat vermək;
Aktiv satış və müştəri cəlb etmə işlərini aparmaq;
Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək və rəsmiləşdirmək;
Müştərilərin uzunmüddətli əməkdaşlığını təmin etmək və onların müraciətlərini operativ həll etmək;
Kredit müraciətlərinin vaxtında icrasını təmin etmək və müvafiq sənədləri tərtib etmək.
Tələblər:
Ali və ya natamam ali təhsil;
Ünsiyyətqurma və müştərilərlə işləmək bacarığı;
Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda təcrübəsi olan namizədlərə üstünlük verilir;
Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı.
Müraciət qaydası: Tələblərə uyğun namizədlər "Milli Lombard kredit mütəxəssisi" başlığı ilə CV-lərini [email protected] ünvanına göndərə bilərlər
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq. Göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil ediləcək.
😂
👍
8