
AzVak.az
February 25, 2025 at 05:57 AM
İnsan Resursları üzrə Menecer tələb olunur
İşəgötürən: Green City Resort & Residence
İş şəraiti:
İş yeri: Salyan şosesi 14
İş saatı: 09:00 - 18:00
Əmək haqqı: Razılaşma yolu ilə
Vəzifə öhdəlikləri:
İnsan resursları siyasətinin və strategiyasının hazırlanması, icrası və təkmilləşdirilməsi;
İşə qəbul prosesinin təşkili və həyata keçirilməsi (elanların yerləşdirilməsi, namizədlərlə müsahibələrin aparılması və seçimin edilməsi);
Əmək qanunvericiliyinə uyğun olaraq kadr kargüzarlığının aparılması, əmək müqavilələrinin, vəzifə təlimatlarının və digər sənədlərin hazırlanması;
ƏMAS (Əmək Müqaviləsi Bildirişi Sistemi) ilə işləmə bacarığı, əmək müqavilələrinin qeydiyyata alınması və idarə edilməsi;
İşçilərin şəxsi işlərinin aparılması, yenilənməsi və arxivləşdirilməsi;
Kadr axınının azaldılması və işçilərin motivasiya sistemlərinin tətbiqi;
İşçi performansının qiymətləndirilməsi və inkişaf planlarının hazırlanması;
Daxili qaydaların və prosedurların hazırlanması, tətbiqi və nəzarət olunması;
Şirkət daxilində korporativ mədəniyyətin inkişaf etdirilməsi və daxili kommunikasiya sisteminin gücləndirilməsi;
Mübahisəli kadr məsələlərinin həlli və əmək münasibətlərinin tənzimlənməsi.
Tələblər:
İnsan resursları, biznes idarəçiliyi və ya digər müvafiq sahə üzrə ali təhsil;
İnsan resursları sahəsində minimum 5 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsini və ƏMAS sistemini mükəmməl bilmək;
İşə qəbul prosesləri və kadr kargüzarlığı sahəsində təcrübə;
İnsan resurslarının idarə edilməsi metod və yanaşmalarını bilmək;
Yüksək ünsiyyət, analitik düşüncə və problem həll etmə bacarığı;
MS Office proqramları ilə işləmə bacarığı;
Azərbaycan rus dili mükəmməl, ingilis dili bilikləri arzuolunandır.
Təklif edirik:
Servis xidməti (işə gəlmə və getmə)
Nahar təminatı
Korporativ nömrə
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
Müraciət üçün:
Əlaqə: 051 882 97 29
Uyğun namizədlər CV-lərini mövzu yerinə "İnsan Resursları üzrə Menecer" yazaraq [email protected] e-mail vasitəsilə göndərə bilərlər.
İr hr
😂
3