AzVak.az
AzVak.az
February 26, 2025 at 01:23 PM
*Satış meneceri (korporativ müştərilər üzrə) tələb olunur* İşəgötürən: Sirab Satış və Dağıtım MMC Əsas tələblər: Minimum təhsil dərəcəsi: Ali-ixtisas Komputer bilikləri: MS Office, Excell, Power point. Dil bilikləri: Azərbaycan dili – Əla, Rus dili – yaxşı. B kateqoriyalı sürücülük vəsiqəsinin olması və şəxsi avtomobilin olması mütləqdir. Təcrübə: Sahə ilə bağlı minimum 1 il satış təcrübəsi; Fərdi keyfiyyət göstəriciləri: Qərarlı, müştəri yönümlü, diqqətcil və rəqabəti bacaran; Komanda ilə işləmə bacarığı; Yaradıcı və innovativ yanaşmalara açıq; Planlaşdırma və problem həll etmə bacarığı. İş barədə: Firma ilə satış(ofis, idarə, təhsil, səhiyyə özəl və dövlət müəsisələri və s.) nöqtələri arasında məhsul və xidmət dövriyyəsini təmin edib, təmsil etdiyi şirkətin məhsul və xidmətlərini ən yaxşı şəkildə tanıtmaq və satışını aparmaq; Müəyyən edilən rut planı üzərində müştəri ziyarətləri edərək, müştəri ilə şirkət arasında yaranan problemləri aşkar edib xidmətin yaxşılaşdırılması üçün birbaşa rəhbərinə məlumat vermək; Sifariş zamanı ödəmə şəklini müəyyən edərək, ödənişləri əldə etmək; Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq; Yeni məhsulları tanıtmaq; Müştəriyə verilən qurğu və avadanlıqların (Stend, soyuducu və s. satış artırıcı avadanlıqlar) uyğun şəkildə istifadə edilməsini təmin etmək; Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişləri həyata keçirmək; Müştəri borcuna, hərəkətinə nəzarət edib, gecikən borcları nəzərdə tutulan səviyyədə idarə etmək. Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər: Fix və Satışa görə bonus; Yemək pulu, yanacaq və amortizasiya xərcləri şirkət tərəfindən; Korporativ telefon nömrəsi və danışıq paketi; İş qrafiki: 5 günlük iş həftəsi, şənbə və bazar günü istirahət. Müraciət forması: *Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Satış meneceri (korporativ müştərilər üzrə)* *” yazmaqla [email protected] mail ünvanına göndərmələri xahiş olunur.* Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. _ _______ https://www.sirab.az/haqqinda.aspx
👍 1

Comments