AzVak - Azərbaycanda Vakansiyalar
AzVak - Azərbaycanda Vakansiyalar
February 27, 2025 at 09:32 AM
*Növbətçi-çilingər tələb olunur* İş yeri: Azerfloat QSC/ Kimya Sənaye Parkı Vəzifə və Öhdəlikləri: İş növbəsi üzrə təhvil-təslim prosesinin həyata keçirilməsi; Planlı şəkildə avadanlıqlara baxış (köhnəlmiş və ya sıradan çıxmış mexaniki qurğuların müəyyən edilməsi), texniki qulluq, sınaq və profilaktik təmir işlərinin həyata keçirilməsi; Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarının və etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsi; Köhnəlmiş qurğuların yenisi ilə əvəz olunması və ya ehtiyat hissələrinin alınması istiqamətində təkliflərin verilməsi; Köhnə qurğuların və ehtiyat hissələrin yenisi ilə əvəz olunması; Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, qurğuların yenidən qurulmasında iştirak edilməsi; Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi Namizəd üçün tələblər: Müvafiq sahə üzrə ali və ya peşə təhsili; Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi; Müstəqil və komanda ilə işləmək bacarığı; Dəqiqlilik və diqqətlilik; Operativlik və problem həll etmə bacarığı; Texniki məsələlərdə çevik qərar qəbul etmək bacarığı; Fiziki dözümlülük; İntizam və məsuliyyətlilik İş şəraiti: Növbəli iş qrafiki; Nahar; Könüllü tibbi sığorta; Servis; Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır *Mövzü yerinə “Növbətçi-çilingər” yazıb [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.* Azerfloat komandası olaraq biz sizə vəd edirik: Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi; Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı; Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı; Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı; "AzerFloat" QSC float texnologiyası əsasında ildə 8 mln. m2 müxtəlif çeşiddə vərəqə şüşə lövhələr istehsalını həyata keçirir. 2021-ci ildən tam fəaliyyətə başlamış şirkətimiz məhsullarının 80%-ni “Karabagh Glass” brendi adı altında ixrac edərək dünya bazarında ciddi diqqət çəkmişdir. Ən müasir istehsalat və idarəetmə texnologiyaları əsasında istehsal olunan qlobal rəqabət qabiliyyətli məhsulumuz yeniliyə və inkişafa yüksək dəyər verən peşəkar komandımızın uğurudur.
🙏 1

Comments