
AzVak - Azərbaycanda Vakansiyalar
February 27, 2025 at 10:40 AM
*Universal usta tələb olunur*
İşəgötürən: FMG MMC
İş qrafiki: həftədə 5 gün iş, 2 gün istirahət (sürüşkən qrafik);
İş saatı: 08:00-17:00, 09:00-18:00 (Layihəyə görə dəyişkəndir);
Əmək haqqı: 800-900 AZN
Yaş həddi: 20-50
İşin təsnifatı:
Qapı, pəncərə, dəstək və s. üzrə texniki işlərin aparılması;
Xırda təmir (rəngləmə, suvama və s.) kimi problemlərin aradan qaldırılması ;
Çilingər və daş işi üzrə biliklər;
Texniki alətlər və materiallar haqqında məlumat;
Məişət cihazlarının təmiri üzrə biliklər və onların elementlərinin təmiri, bərpa edilməsi və yenisi ilə əvəz edilməsi;
İşlərin icrası zamanı “Əməyin mühafizəsi” və Texniki təhlükəsizlik” qaydalarına riayət edilməsi
Tələblər:
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Yaşayış və kommersiya ərazilərinə dair texniki standartlar və tələblər üzrə biliklər;
Alət və avadanlıqlar ilə işləmək bacarıqları;
Məsuliyyətli,səliqəli və nizam-intizamlı olmalı;
Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları.
*CV-nizi mövzu bölməsində “Universal usta” qeyd etməklə [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.*
Daxil olan müraciətlər dəyərləndiriləcək və yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.
😂
10