AzVak.az
AzVak.az
February 28, 2025 at 08:26 AM
Dəmir bölməsi üzrə istehsal direktoru tələb olunur İşəgötürən : Qardaşlar Mebel / Gardashlar Mebel Vəzifə öhdəlikləri: · Dəmir sexi istehsal proseslərinin bütün mərhələlərinin effektiv idarə olunması və nəzarət altına alınması. · İstehsal həcminin artırılması və istehsal xətalarının minimuma endirilməsi. · İstehsal planlarının hazırlanması və mütəmadi olaraq izlənməsi. · İstehsal heyətinin idarə olunması, motivasiya edilməsi və peşəkar inkişaflarına dəstək verilməsi. · Təhlükəsizlik qaydalarına uyğun olaraq, əməyin təhlükəsizliyinin təmin olunması və iş yerində işçi sağlamlığının qorunması. · Məhsul keyfiyyətinin artırılması və müştəri tələblərinə uyğunluğun təmin olunması. · Müvafiq avadanlıqların və resursların səmərəli istifadəsinin təmin olunması. · Müxtəlif daxili və xarici auditlərə iştirak edilməsi və nəticələrin təhlil edilməsi. · Yeni istehsal texnologiyalarının tətbiqi və inkişaf etdirilməsi. Tələblər: · Müvafiq sahədə (metal emalı, dəmir sexi və ya oxşar sahə) ən azı 5 illik iş təcrübəsi. · Istehsalat sahəsində rəhbərlik təcrübəsi. · İstehsal planlaması, avadanlıq və texnoloji proseslər barədə dərin biliklər. · İşçi heyətini idarə etmə və motivasiya etmə bacarığı. · Yüksək təşkilatçılıq və analitik düşünmə qabiliyyəti. · Əla ünsiyyət bacarıqları. · MS Office proqramları ilə işləmək bacarığı; ERP və digər istehsal proqramlarını bilmək üstünlükdür. · Azərbaycan dilində sərbəst danışıq və yazı bacarıqları İş Qrafiki və Əmək haqqı: • Əmək haqqı: Bilik və bacarıqlara əsasən • İş qrafiki: 6 günlük • Ünvan: Binəqədi ray, Biləcəri qəs, Binəqədi şos, 8F • AR-nın ƏM uyğun işə qəbul; Uyğun olan namizədlər 0 77 404 07 28 nömrəsi ilə əlaqə saxlasınlar. (Whatsapp)
👍 1

Comments