"Bir Könüllü" Tələbə Təşkilatı
"Bir Könüllü" Tələbə Təşkilatı
February 3, 2025 at 10:01 AM
Universitetlərarası Azərbaycan Çempionatı keçiriləcək! Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və "3sual" intellektual oyunlar platformasının birgə təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə Universitetlərarası Azərbaycan Çempionatı keçiriləcək. Bu rəqabət dolu intellektual oyun çərçivəsində ölkənin müxtəlif universitetlərindən olan ən güclü tələbə komandaları bilik və məntiq mübarizəsinə qoşulacaq. Çempionat Azərbaycanın bütün ali təhsil müəssisələrinin tələbələrinə açıqdır. 📌 Çempionat iki mərhələdən ibarətdir: 🔹 İlkin mərhələ: Universitetlər daxilində finala vəsiqə qazanan komandaların müəyyən edilməsi məqsədilə seçim turları təşkil olunacaq. 🔹 Final mərhələsi: Seçim turlarında qalib gələn komandalar Bakıda keçiriləcək final oyununda Azərbaycan çempionu adı uğrunda mübarizə aparacaq.
❤️ 👍 3

Comments