
"Bir Könüllü" Tələbə Təşkilatı
February 21, 2025 at 11:47 AM
“Bir Könüllü” Tələbə Təşkilatının və ”Pathtomath” Tələbə Riyaziyyatçılar Klubu birgə təşkilatçılığı ilə 24-29 mart 2025-ci il tarixlərində Quba rayonunda tələbələrin yaz düşərgəsi - MathCamp 2025 təşkil ediləcək. 🤩
Düşərgənin əsas məqsədi tələbələr arasında ali riyaziyyata marağı artırmaq, riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahələrində tətbiqi barədə məlumatlandırmaq və yaz tətili dövründə tələbələrin riyazi biliklərinin gücləndirilməkdir.✅
📢Ətraflı məlumat və qeydiyyat üçün aşağıdakı keçidə daxil olun.
🔗Qeydiyyat linki: https://forms.gle/iVVKJiHd32GK3Jdr7
⚠️Qeyd edək ki, düşərgədə iştirak etmək istəyən tələbələr 8 mart 2025-ci il tarixinədək qeydiyyatdan keçməlidirlər.
📌Seçilmiş namizədlər “Riyazi analiz” və “Cəbr və ədədlər nəzəriyyəsi” fənləri üzrə baza biliklərinin yoxlanılması məqsədilə təşkil olunacaq test imtahanında iştirak edəcəklər. Test imtahanı mart ayında təşkil ediləcək.
#mathcamp #mathcamp2025 #birkönüllü #könüllü #math #riyaziyyat
❤️
😢
3